Ölkənin turizm sektorunun tənəzzüldən çıxarılması üçün təklif

2020-08-31 | İqtisadiyyat | 330

Koronavirus pandemiyası Azərbaycanın turizm sektorunu sıradan çıxartdı. Son illər ölkədə turistlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdi. Lakin pandemiyaya görə həm ölkəyə daxil olan turistlərin sayı, həmdə ki Azərbaycan vətəndaşlarının xarici ölkələrə gediş-gəlişı  kəskin azaldı. Bununla yanaşı, Nazirlər Kabineti hotellərin yeni fəaliyyət qaydasını təsdiqlədi. Bəs yeni qaydalar onların fəaliyyətinə necə təsir etdi və hazırda ölkənin hotellərində vəziyyət necədir? 

Məsələ ilə bağlı Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi "Report"un suallarını cavablandırıb.

“Ötən həftə ölkənin cənub hissəsində yerləşən hotellər tam dolu idi”

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən hotellər sərt karantin dövründə də işləyirdilər: “Amma sərt karantin rejimi tətbiq edilən şəhərlərdə, rayonlarda hotellərin qonaqları yox idi. Bu səbəbdən bəzi sahibkarlar hotellərini bağlamışdılar. Sərt karantin rejiminin aradan qaldırılmasını, həmçinin ölkə daxili gediş-gəlişin açılmasını gözləyirdilər. Lakin hazırda ölkə daxili gediş-gəliş açılmayıb”.

S.Dübəndi bildirib ki, ötən həftə ölkənin cənubunda fəaliyyət göstərən hotellərdə müəyyən canlanma qeydə alındı: “Belə ki, həftə sonu burda yerləşən hotellər tam dolu idi”.

O qeyd edib ki, regionlara gediş-gəliş bərpa edilsə bölgələrdə fəaliyyət göstərən hotellər işləyəcəklər: “Ancaq Bakıda fəaliyyət göstərən hotellərin əsas gəlir mənbəsi ölkəyə daxil olan turistlərdən asılı idi. Bu hotellərdə isə minlərlə insanlar çalışır. Sovet dövründə dövlət müəssisələri işçilərinə putyovkalar verirdilər. Bu gün biz bu sistemi bərpa edə bilərik. Bir məsələni xatırlatmaq istəyirəm ki, “Şəhərdən Kəndə” , “Kənddən Şəhərə” layihələri ölkədə icra edilir. Bu layihələr turizmin inkişaf etdirilməsi məqsədi daşımır. Lakin bəyanatlar verilir ki, layihələrin məqsədi ekoturizmin inkişaf etdirməsidir. Biz həmin layilərdə əməli işlər görmürük. “Kənddən Şəhərə” layihəsi çərçivəsində məhsulun yığımı, onun emalı, tədarükü və xaricə ixracı həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının tədarükü həyata keçirilir. Lakin turizmə heç kim diqqət yetirmir. Ancaq “Kənddən Şəhərə” məhz elə bölgələrdə çalışanların Bakıya ekskursiyalarını təşkil etmək olar”.

O əlavə edib ki, təhsil işçilərinin, dövlət qulluqçularının həmkarlar ittifaqı təşkilatları var: “Bu həmkarlar ittifaqı təşkilatlarına üzvlük haqları yığılır. Onların sanatoriyaları var. Həmkarlar ittifaqı təşkilatların xətti ilə bu sanatoriyalara bir az ucuz qiymətə putyovkalar verilir. Amma bu konsepti genişləndirməliyik və həmkarlar ittifaqı təkcə öz müəssisələrinə putyovkalar verməsinlər. İri şəhərlərimizdə yerləşən şəhər otellərini də bu sistemə qatsaq, bu layihədə böyük məmnuniyyətlə iştirak edə bilərik. Bunu həyata keçirmək üçün zaman və dövlət qurumlarından maliyyə dəstəyi lazımdır. Biz bu işləri həyata keçirməyə hazırıq. Müxtəlif üsullar nəzərdən keçirilməklə stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır”. 

Bəs turizm sektoru özünü necə bərpa edəcək?

Onun sözlərinə görə, son 20-30 ildə turizm bir neçə böhran yaşayıb: “Hər zaman böhrandan sonra bu sektor yeni imkanlara əl atıb, yeni inkişaf dinamikası yaşayıb, ümumiyyətlə turizm sektoru davamlı dayanıqlı inkişaf növüdür. Məncə pandemiyadan sonra turizm sahəsində inkişaf dinamikası görəcəyik. Amma dünya turizm bazarının bərpası epidemioloji şəraitindən asılıdır. Koronavirus pandemiyası bitdikdən sonra mövcud vəziyyətə uyğun olaraq sərhədlər açılsa, biz hədəf seçdiyimiz ölkələrlə sərhədləri açsaq bu sahədə müəyyən irəliləyişlər gözlənilir”.

“Aşağı büdcəli beynəlxalq aviadaşıyıcılar Azərbaycanda fəaliyyətinə imkan yaradılmalıdır”

S.Dübəndi qeyd edib ki, bir sıra ölkələrlə hazırda viza rejimi tətbiq edilir: “Viza rejiminin sadələşdirilməsi və aradan qaldırılması lazımdır ki, ölkənin turizm sektoru pandemiyadan sonra tez özünü bərpa edə bilsin. O cümlədən, beynəlxalq uçuşların qiymətlərinə yenidən baxmaq lazımdır. Azərbaycan öz səmasını beynəlxalq aviaşirkətlərə açmalıdır. Aviasiya sahəsində rəqabət yaranmalıdır. Aşağı büdcəli beynəlxalq aviadaşıyıcılar Azərbaycanda fəaliyyətinə imkan yaradılmalıdır”.

Turagentlərinin yarısı ləğv ediləcək

Ekspert bildirib ki, ölkədə 4 min turizm şirkəti fəaliyyət göstərirdi: “Pandemiyadan sonra yarısı ləğv ediləcək. Onlar işlərini bərpa edə bilməyəcəklər. Bunların əksəriyyəti bilet satışı ilə məşğul idilər. Turizm şirkətlərinin işi təkcə bilet satmaq deyil, turizm məhsulu satmaqdır. Onun içində aviabiletlər, digər nəqliyyat  xidmətləri, mehmanxana xidməti, ekskursiyalar da olmalıdır”.

S.Dübəndi sonda qeyd edib ki, Nazirlər Kabineti mehmanxana və hotellərin pandemiya şəraitində fəaliyyəti ilə bağlı qərarlar dərc edib: “Amma turizm sektorunun vəziyyəti onsuz da ağırdır, avqustun 8-də dərc edilən son qərar isə əlavə əngəllər, əlavə problemlər törədir. Ona görə bu qərarın bir sıra müddəaları ilə razı deyiləm. Ölkədə fəaliyyət göstərən hotel və mehmanxanalar pandemiyaya görə hələ də özlərini bərpa edə bilməyiblər. Mövcud şərait isə onların fəaliyyətlərinə mənfi təsir göstərir, itkiləri isə günbəgün artır”.

Dövlət Statistika Komitəsi bəyan edib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub. Məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Xatırladaq ki, BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarından artıq, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir.

Mənbə: https://report.az/turizm/olkenin-turizm-sektorunun-tenezzulden-cixarilmasi-ucun-teklif/

İqtisadiyyat bölümünün son xəbərləri

2020-11-23 | Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi adlı layihənin təlimləri sona çatdı
2020-11-16 | Nazirlər Kabineti Malların ixrac qeydi ilə satışı Qaydasını təsdiq edib
2020-11-16 | Asan İmza sertifikatlarının onlayn alınması və yenilənməsi ilə bağlı yeni elektron xidmət istifadəyə verilib - VİDEO
2020-10-12 | Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi adlı layihədə iştirak üçün qeydiyyat başlamışdır.
2020-09-23 | Pandemiya və vergi güzəştləri
2020-08-31 | Ölkənin turizm sektorunun tənəzzüldən çıxarılması üçün təklif
2020-08-28 | Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində görülən tədbirlər
2020-08-19 | ARPA qrant müsabiqəsinin qalibi oldu
2020-08-10 | Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi
2020-08-09 | Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!