Millət vəkili Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqlayıb

2021-09-27 | | 182

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında baxılacaq qanun layihələri açıqlanıb.

Millət vəkili Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən təqdim olunacaq qanun layihələrinin qısa izahını verib. Bildirib ki, “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Qaradağ sənaye parkı üçün nəzərdə tutulmuş gömrük və vergi güzəştlərinin (parkın rezidenti tərəfindən fəaliyyətin məqsədləri üçün idxal olunan bütün malların rüsum və ƏDV-dən azad olunması) daha 5 il – 2026-cı ilin may ayının 1-nə kimi uzadılması təklif olunur.

“Gömrük Məcəlləsi”nə ediləcək digər dəyişiklik emal məhsuları ilə bağldır. T.Mirkişili bildirib ki, sahibkarlar daxildə emal edilən malların xüsusi gömrük rejimi ilə (müəyyən malların emal edildikdən sonra ixrac edilməsi məqsədilə ölkəyə gətirilməsi) idxal etdikləri zaman gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verməli idilər. Bu borc adətən idxal olunuan malların 1 il ərzində ixrac edilməməsi halında yaranır. Təklif olunan dəyişiklik belə bir təminatın məcburi olmamasını özündə ehtiva edir. Bu isə sahibkarları təminat vermək üçün bir çox xərclərdən azad edəcək, xarici hüquqi şəxslər üçün isə Azərbaycanda xidmət almaq və investisiya yatırmaq üçün daha əlverişli şərait yaradacaq.

Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasına ehtiyac vardır. Bunun üçün Vergi Məcəlləsində daha bir dəyişiklik edilməsi gözlənilir.

“Dövlət rüsumu haqqında” Qanuna ediləcək dəyişiklik isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alğı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.

Mənbə: https://vergiler.az/news/taxes/14876.html

bölümünün son xəbərləri

2021-09-28 | “QHT və özəl sektorda tətbiq olunan vergi, gömrük və hesabatlılıq qanunlarının yararlılığının və uyğunluğunun qiymətləndirilməsi” adlı layihənin təqdimatı keçirilib
2021-09-28 | Kameral və səyyar vergi yoxlamaları
2021-09-27 | Millət vəkili Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqlayıb
2021-09-21 | “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və onun tərtib edilmə qaydasına dəyişiklik edilib
2021-09-16 | İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı
2020-05-29 | Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınıb
2020-04-09 | Təcili: Mikayıl Cabbarov hər bir sahibkara ödəniləcək - MƏBLƏĞLƏRİ AÇIQLADI

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!