Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram

2022-11-02 | İqtisadiyyat | 334

Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə yol xəritəsi təqdim olunub. İşçi qrup tərəfindən tərtib edilən yol xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaları və təcrübələri təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, ortamüddətli dövrdə həyata keçiriləcək təşəbbüsləri ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırmaq, gələcəkdə görüləcək işlər barədə əhalini məlumatlandırmaqdır.

“Ernst&Young” şirkətinin Azərbaycan filialının (“EY Azərbaycan”) Vergi və Hüquq məsələləri üzrə partnyoru Arzu Hacıyeva yol xəritəsinin başlıca məqsədi, hədəfləri, biznes mühitinin inkişafına verə biləcəyi töhfələri barədə fikirlərini “vergiler.az”la bölüşüb.

- Arzu xanım, yol xəritəsinin əsas parametrləri və komponentləri barədə nə deyə bilərsiniz?

- Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihəsi biznes mühitinin əlverişliliyinin artırılması üçün nəzərdə tutulan 10 indikator müəyyən edib ki, bunlardan biri də “Vergitutma” indikatorudur. Bu indikatorun həyata keçirilməsini təmin etmək üçün “Vergi və hesabatlılıq” işçi qrupunun iclasında yol xəritəsi təqdim edilib. Burada əsas məqsəd vergitutma sahəsinin təkmilləşdirilməsi ilə biznes mühitinin daha da yaxşılaşdırılmasıdır. Düşünürəm ki, bu məqsədə çatmaq üçün yol xəritəsi kifayət qədər əhatəli hazırlanıb. Sənəddə vergi müddəalarının aydınlığının təmin edilməsi, vergi qaydalarının sabitliyi və qaydaların yaradılmasında şəffaflıq, vergi sahəsində elektron sistemlər, mübahisələrin həlli mexanizmləri, vergi idarəçiliyinin şəffaflığı, vergi qaydalarına əməl etmək üçün tələb olunan vaxt kimi müxtəlif məsələlər 3 alt indikator, 9 komponent və görüləcək 54 tədbirlə əhatə olunub. Beləliklə, yığcam şəkildə ifadə olunan alt indikatorlar görüləcək tədbirlərin ümumi fonunu anlamağa, digər parametrlər isə detallarla daha əhatəli şəkildə tanış olmağa imkan yaradır.

- İşçi qrupun fəaliyyəti və qrup tərəfindən tərtib edilən yol xəritəsinin əsas hədəfləri barədə nə deyə bilərsiniz?

- “Vergi və hesabatlılıq” işçi qrupu vaxtaşırı görüşlər, müzakirələr keçirərək öz məqsədlərini yerinə yetirmək üçün mühüm işlər görür. Yol xəritəsinin hədəflərinə gəldikdə, bu sənədin komponentləri onun qəbul edilməsində əsas hədəflərin nələr olduğunu anlamağa imkan verir. Buraya vergitutma sahəsində məlumatlılığın artırılması, beynəlxalq təcrübədən istifadə etməklə vergi qanunvericiliyinin təkmilləşdirilməsi və müxtəlif tədbirlər həyata keçirməklə vergi ödəyicilərinin işinin asanlaşdırılması aid edilə bilər. Bunları düzgün seçilmiş hədəflər hesab edir və yüksək qiymətləndirirəm.

Qanunvericiliyə düzgün əməl olunmasının əsasında onun düzgün anlaşılması durur. Vergi qanunvericiliyinin zamanın tələblərinə uyğun mütəmadi dəyişikliyə məruz qalmasını nəzərə alsaq, vergi sahəsində bu cür məlumatlandırma xüsusilə vacibdir. Ayrıca toxunmaq istədiyim məsələ yol xəritəsində ekoloji vergitutma sahəsində tədbirlərin müəyyən edilməsi, hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsinin yer almasıdır. Bu, yol xəritəsinin hədəflərinin müasir dövrün tələblərinə uyğunluğunun göstəricisidir.

- Sənəd özəl sektorun genişlənməsinə və inkişafına nə kimi töhfələr verəcək?

- Yol xəritəsinin qəbul olunmasının qarşısında duran başlıca məqsəd biznes mühitinin inkişafıdır. Sənəddə yer alan hər bir komponentin məqsədi biznes subyektlərinin səmərəli fəaliyyətini təmin etmək, bu yolda onların qarışısında duran maneələri aradan qaldırmaq və ya azaltmaq, eləcə də yenilikləri izləmək üçün beynəlxalq təcrübənin araşdırılmasını təmin etməkdir. Məsələn, “Biznes mühitini və vergi yükünü araşdır”, “Elektron vergi konsaltinqi”, “Reytinq”, “Vergi əməletməsinin qiymətləndirilməsi”, “Kontragentləri araşdır” adlı yeni elektron xidmətlərin yaradılması, əvvəlcədən doldurulan vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, Vergi Məcəlləsinə dəyişikliklər barədə ayrıca tez-tez verilən sual-cavab (FAQ) guşələrinin yaradılması, mübahisələrin həlli mexanizmlərinin sadə, şəffaf və müstəqil olması kimi tədbirlərin hər birinin arxasında biznes dairələrinin işinin asanlaşdırılması, bununla da inkişafı və genişlənməsi dayanır. Odur ki, yol xəritəsinin tətbiqinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram.

- Yol xəritəsində nəzərdə tutulan istiqamətlərdən əlavə, “EY Azərbaycan”ın sahibkarlar üçün maraqlı olacaq daha hansı təklifləri var?

- Oktyabr ayında yol xəritəsinin müzakirə edilməsi və fikir mübadiləsi məqsədilə şirkətimiz tərəfindən özəl sektorun aparıcı nümayəndələrinin iştirakilə kifayət qədər məhsuldar keçən görüş təşkil edilmişdi. Məqsəd bizneslər üçün vergitutma prosesindəki əməli çətinlikləri aydınlaşdırmaq, vergi qanunvericiliyində perspektiv təkmilləşdirmələri müzakirə etmək, təklifləri ümumiləşdirməklə aidiyyəti dövlət orqanlarına təqdim etmək və işçi qrupun iclaslarında müzakirəyə çıxarmaq, bizneslə dövlət orqanları arasında körpü yaratmaq və qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olmaq idi. Bu görüşdə iştirakçılar ən mühüm vergi məsələləri, vergi administrasiyasının effektivliyi, vergi hesabatlarının mürəkkəbliyi, vergi yükü, Azərbaycanda vergiyə münasibətdə məmnunluq məsələsi kimi mövzularda öz fikirlərini bildirərək, onları narahat edən sualları səsləndirdilər. Səsləndirilən fikirləri də nəzərə alaraq komandamız tərəfindən 16 səhifəlik 25 təklif hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edildi. Burada təkcə ayrı-ayrı vergi növləri deyil, həmçinin vergi inzibatçılığı, işsizlikdən sığorta haqqında qanunvericilik, ikiqat vergitutmanın aradan qaldırılması, vergi yoxlamaları və s. barədə təkliflər də nəzərdə tutulurdu.

- Qeyd etdiyiniz təklifləri reallaşdırmaq üçün hansı addımlar atılmalıdır?

- Təkliflərimizin reallaşdırılmasını müvafiq əməkdaşlıqlar və birgə müzakirələr olmadan təsəvvür etmək qeyri-mümkündür. Təklifləri davamlı olaraq müzakirə edərək daha təkmil nəticələrə gəlmək və onların tətbiqi üçün real tədbirlər görmək olar. Odur ki, istər dövlət, istərsə də özəl sektorun nümayəndələri ilə vaxtaşırı görüşlərin keçirilməsi, ideya və təkliflərin mübadilə olunması, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması bizi istədiyimiz nəticələrə gətirib çıxara bilər. Təkliflərin həyata keçirilməsi prosesində “EY Azərbaycan” lazımi dəstəyi göstərməyə, bu məqsədlə yeni görüşlər keçirməyə və müzakirələr aparmağa hazırdır. Düşünürəm ki, hər biri aktual məsələləri əhatə edən bu təkliflərin işçi qrupun iclaslarında əhatəli müzakirəsi ümumi işimizə çox faydalı olacaq.

- Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas alt indikator üzrə aparılacaq. Bunlardan birincisi vergi qaydalarının keyfiyyəti, digəri vergi administrasiyası tərəfindən göstərilən xidmətlər, üçüncüsü də vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorudur. Müəyyən edilmiş bu əsas meyarları necə xarakterizə edərdiniz?

- Yol xəritəsinin hazırlanmasında əsas götürülən məqsədləri nəzərə alaraq alt indikatorlar və komponentlər üçün seçilən meyarların məqsədəuyğun olduğunu düşünürəm. Biznes mühitinin əlverişliliyini artırmaq üçün vergitutma təcrübəsinin təkmilləşdirilməsi zamanı bu alt indikatorların hər biri nəzərə alınmalı və kompleks şəkildə tətbiq olunmalıdır. Alt indikatorları təşkil edən meyarlara baxsaq, onların bir-birini tamamladığını və aralarında məntiqi əlaqənin olduğunu görə bilərik. Onlardan birinin olmaması digərinin tətbiqini sual altına salardı. İlk növbədə vergi qaydaları aydın, sabit olmalı və şəffaf şəkildə yaradılmalıdır. Digər tərəfdən, vergi administrasiyası tərəfindən göstərilən xidmətlər mükəmməl olmaqla biznes mühitinin sürətli tempinə uyğun gəlməli, şəffaf şəkildə həyata keçirilməli, mübahisələr effektiv qaydada həll olunmalıdır. Nəhayət, biznes subyektlərinin effektiv fəaliyyətini görmək istəyiriksə, vergi yükü, vergi sisteminin səmərəliliyi, vergi qanunvericiliyinə əməl etmək üçün verilən vaxtın məqsədəuyğunluğu nəzərə alınmalıdır. Bütün bu məsələlər alt indikatorların komponentlərində yer alıb və görüləcək tədbirlər hissəsində daha müfəssəl təqdim olunub. Son olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, “EY Azərbaycan” tərəfindən 25 təklifi əhatə edən sənəd hazırlanıb. Aparılacaq müzakirələrdən sonra bu sənəd əsasında yeni tədbirlərin də əlavə edilməsi ilə yol xəritəsinin ölkədə özəl biznesin gələcək inkişafına töhfə verəcəyinə inanırıq.

Hüseyn VƏLİYEV

Mənbə: https://vergiler.az/news/articles/20187.html

İqtisadiyyat bölümünün son xəbərləri

2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək
2021-10-06 | Azərbaycanda dövlət satınalmaları barədə qaydalar dəyişib
2021-10-05 | Video təlim platforması sahibkarların istifadəsinə verilib
2021-09-17 | Azərbaycanda əməkhaqqı və sosial ödənişlər ARTIRILACAQ
2021-01-30 | Vergi və rüsumlar üzrə güzəşt və azadolmalara dair məlumatlar müəyyənləşəcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!