Deputat: Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?

2023-12-27 | Sertifikasiyalar | 886

Qanun qəbul ediləndən sonra ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, onların qanun qəbul ediləndən sonrakı taleyinə aydınlıq gətirilməlidir: “Hazırda fəaliyyət göstərən qiymətləndiricilərin neçə faizinin ali təhsilli olub-olmaması barədə araşdırma varmı? Varsa, bunu bizimlə aidiyyəti qurum bölüşsə, yaxşı olar. Çünki biz bilməliyik ki, bu qanun qəbul ediləndən sonra nə qədər vətəndaşımız işsiz qalacaq, yaxud onları prosesə necə cəlb edəcəklər”.

Deputat Fazil Mustafa qeyd edib ki, bu qanunun qəbulu məhkəmələrin işinin asanlaşdırılmasına şərait yaradacaq: "Burada müəyyən maraqlar toqquşması da rol oynayır. Qiymətləndirmədə rəqəm fərqləri ciddi mübahisələrə yol verə bilir. Maraqlar toqquşması olduğuna görə qiymətləndirmənin prinsipləri ayrı maddədə nəzərdə tutulmalıdır. 5-ci maddədə qeyd edilən ali təhsilə və 3 ildən az olmayan ümumi staj malik olan tələbi dəyişməliyik. Ali təhsil tələbini biz aradan götürməliyik. İnsanların savadı heç də diplomla ölçülməməlidir. Peşə diplomu da burada rol oynamalıdır. Zərgərlər peşə təhsili müəssisəsini bitirə və bu sahəni çox yaxşı bilə bilər. Qiymətləndirici işləmək qabiliyyətlə bağlı məsələdir. Peşə təhsili diplomunun da bura daxil edilməsi lazımdır. 3 il staj tələbi isə çox azdır. Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır. Test imtahanı ilə bağlı məsələ 6-cı maddədə göstərilib. Elə insanlar var beynəlxalq sertifikatı var, onların bu testdən keçməsinə nə ehtiyac var?”.

Spiker Sahibə Qafarova isə ali təhsilin şübhə altına alınmasına etiraz edib: “Biz niyə ali təhsili şübhə altına alaq? Bu qanun gələcəyə hesablanmış qanundur. Saxta diplom və s. məsələlər aradan qaldırılır. Biz ali təhsili şübhə altına almamalıyıq”.

Mənbə: https://apa.az/sahibkarliq/deputat-ali-tehsili-olmayan-qiymetlendiriciler-fealiyyet-gostere-bilmeyecek-onlar-nece-olacaq-791932

Sertifikasiyalar bölümünün son xəbərləri

2024-03-19 | Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək
2023-12-27 | Deputat: Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?
2021-10-05 | ARPA tərəfindən Peşəkar Mühasib Sertifikatı mövzusunda seminar keçiriləcək
2021-09-09 | Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” imtahanının hər iki mərhələ üzrə vaxtlarını açıqladı (RƏSMİ)
2021-09-03 | DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb
2021-04-05 | DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi
2021-03-11 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat davam edir
2021-03-03 | Peşəkar Sığortaçı Sertifikasiyası (PSS1.1) imtahanı
2021-02-23 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı
2021-02-22 | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!