Azərbaycanda üztanımaya əsaslanan təmassız ödəmə üsulu tətbiq olunacaq
2025-10-09 | Accountsoft |
Azərbaycanda üztanıma (biometrik) texnologiyasına əsaslanan yeni təmassız ödəmə üsulu tətbiq olunacaq. Bu məqsədlə hazırlanan SİMA Pay artıq test rejmində sınaqdan keçirilib. Bu barədə “vergiler.az”a “AzİnTelekom” MMC-dən məlumat verilib.
Bildirilib ki, SİMA Pay biometrik kameralara malik ticarət məntəqələrində tətbiq olunacaq. Həmçinin, ictimai nəqliyyat, səhiyyə müəssisələri, hotellər və istirahət mərkəzlərində inteqrasiya olunması nəzərdə tutulur: “Yəni ilkin fokus insan axınının çox olduğu və sürətli ödənişin üstünlük təşkil etdiyi məkanlardır. İlk olaraq Azərbaycan Dəmir Yollarının stansiyalarında test edilib və uğurla sınaqdan keçib. Hazırda yeniliyin metro stansiyalarında test edilməsi üçün danışıqlar aparılır. Məqsəd istifadəçilərin heç bir vasitəyə (kart, nağd pul və mobil qurğulara) ehtiyac olmadan, yalnız biometrik identifikasiya ilə ödəniş etməsini təmin etməkdir. Bu yanaşma əməliyyat xərclərini azaltmaq, fırıldaqçılıq riskini minimuma endirmək və müştəri təcrübəsini sürətləndirmək üçün yaradılıb”.
Bəs vətəndaşlar SİMA Pay-dən necə yararlana bilər? “AzİnTelekom” MMC-nin mütəxəssisləri bildirirlər ki, bu, tərəfdaşlıq şərtlərindən asılıdır. Əsasən mobil tətbiq üzərindən qurulma uyğun ola bilər. Belə ki, istifadəçi qurumun tətbiqində biometrik (üz) testi keçərək öz simasını bank kartına “bağlaya” bilər. Bu proses bir dəfə edilir və daha sonra avtomatik şəkildə işləyir. Texnoloji həll olaraq, SİMA platformasının bulud əsaslı infrastrukturundan, üztanıma və SİMA KYC kimi identifikasiya modullarından istifadə olunur. SİMA, həmçinin açıq açar və gücləndirilmiş rəqəmsal imza həlləri ilə işləyir. Biometrik məlumatlar istifadəçiyə məxsus və təkrarolunmazdır, ödəniş biometrik identifikasiya ilə həyata keçirilir. SİMA Pay elektron cüzdanlarla asanlıqla əlaqələndirilə bilər. Bu isə elektron ticarət, hesablaşmalar və gələcəkdə hökumət ödənişləri üçün geniş imkanlar açır.
Fərdi məlumatların qorunmasına gəlincə, bildirilib ki, SİMA Pay istifadəçinin bank kartını istifadə etməyə imkan verir. Ödəniş əməliyyatları biometrik təsdiq vasitəsilə aktivləşir. SİMA heç bir halda kart məlumatlarını saxlamır və ödənişlər təhlükəsiz şəkildə həyata keçirilir.

Accountsoft bölümünün son xəbərləri |