ARPA və Deloitte şirkətinin təşkilatçılığı ilə "İllik Mühasiblər Forumu-2017" keçirildi.

2017-10-29 | Mühasibat uçotu | 2671

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Deloitte şirkətinin təşkilatçılığı, "Baker Tilly Azərbaycan" şirkətinin tərəfdaşlığı, Atabank, Prima və AFB Bank-ın sponsorluqları ilə keçirilən İllik Mühasiblər Forumu bu il peşəkarları "Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Tətbiqi və Çağırışlar" mövzusu ətrafında toplamışdır.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud tədbir işçılərini salamlayaraq Forumun məramını açıqlamışdır. Məqsəd 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Maliyyə Alətləri" sənədinin tətbiqinin üstünlükləri, maliyyə qurumları, mühasiblərin üzləşə biləcəyi çətinliklər və onların aradan qaldırılması yollarını araşdırmaq, peşəkarların tövsiyələrini dinləmək və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. Banklarda hesabatvermə sahəsində köklü dəyişikliklərə səbəb olacaq standart, banklarda maliyyə, risk idarəetməsi və İT bacarıqlarını özündə ehtiva edən geniş və müxtəlif tədbirlərin həyata keçirilməsi zərurəti yaradır. Bununla əlaqədar ARPA Foruma məhz müxtəlif ölkələrin təmsilçilərini dəvət edərək təcrübə mübadiləsi üçün geniş meydan yaratmışdır.

Daha sonra çıxış edən Deloitte şirkətinin Qlobal Risk Məsləhəti üzrə Direktoru Tural Hacıyev MHBS-9 Risk modelləri haqqında danışarkən çıxışını beynəlxalq aləmdə maliyyə strukturlarında tətbiq edilən müxtəlif modellər, onların üstün və zəif cəhətləri, eyni zamanda tətbiq zamanı gözlənilən risklər haqqında ətraflı məlumat verdi. Beynəlxalq təcrübəyə söykənən çıxış zamanı müəllif həmçinin Azərbaycanın bank-maliyyə sisteminin təhlilindən irəli gələn vəziyyəti arapşıdararaq, təklifləri verdi. Məsələ məhz beynəlxalq standartın sərtliyinin maliyyə institutlarına tətbiqinin göstərəcəyi təsir də ətraflı təhlil edildi.

Çıxış maraqla qarşılandı və geniş diskussiyaya səbəb oldu. Bank-maliyyə sektoru ilə yanaşı, sığorta şirkətlərinin də bu standarta keçid nəticəsində üzləşə biləcəyi təsirlərlə bağlı suallar da ətraflı cavablandırdı. Vergilər Nazirliyinin nümayəndəsi maliyyə bazarlarına nəzarət orqanlarının beynəlxalq standarta münasibəti və onun tətbiqi ilə bağlı tövsiyələri haqqında sualı və natiqin Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq məlumatlandırıcı təlimatlar üzərində işlədiyini qeyd etdi və suala həmin strukturların daha səlahiyyətli cavab verə biləcəyini söylədi.

Tədbirin moderatoru, ARPA Ekspert Qrupunun rəhbəri, Atabank-ın Risk Menecment Departamentinin direktoru Elman Sadıqov sualını məhz modellərin düzgün tətbiqinin aktuallığını və dəqiq hesablamaların aparılmasının vacibliyini vurğuladı. Eyni zamanda, 2018-ci ilin sonunda hesabat zamanı MHBS9-un tətbiqinin nəticələrini açıqlayacaqlarmı? T.Hacıyev suallara böyük həvəslə cavablandırdı və əlbəttə, hesabatların Beynəlxalq Standartın tətbiqində gələcək perspektivlərin açıqlanmasında böyük əhəmiyyəti olduğunu söylədi.

EY şirkətində Maliyyə Sistemlərində Risklərin İdarəedilməsi üzrə Baş Məsləhətçi Andrey Yeliseyev çıxışı zamanı MHBS9-un tətbiqində potensial çətinliklərdən söhbət açdı və onların daha cox məlumatlarla bağlı olduğunu vurğuladı. Eyni zamanda, beynəlxalq standartın kredit risklərinə təsir göstərəcəyini və maliyyə institutlarında müxtəlif kredit istiqamətləri üzrə reytinqlərin dəyişilməsinin vacibliyini vurğuladı. Baş məsləhətçi standartın tətbiqində öncəgörmələrin əhəmiyyətinin təhlili zamanı həm öz daxili, həm də xarici icmallardan götürülmüş məlumatların əhəmiyyətini qeyd etdi. Rusiyanın 2017-ci il maliyyə bazarı və dünya təcrübəsinin müqayisəli təhlilini təqdim edən Andrey Yeliseyev bankın xüsusiyyətlərinin kredit zənbilinə təsiri məsələsinin də daim gündəmdə olmasının vacibliyini söylədi. Bankların yeni standartın tətbiqinə çəkdiyi xərcin əsas səbəblərindən biri də arxivləşmə problemi ilə bağlıdır. Burada müasir İT texnologiya və sistemlərinin xüsusi önəmi var. Bankların Risklərin İdarəetməsi və Maliyyə Departamentlərinin standartın tətbiqi zamanı müştərək fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Maliyyə alətlərində aylıq zərərlərin hesabatlarının aparılması, onların rüblük və illik planlaşdırılması və korporativ portfelin hazırlanması mühüm vasitələrdəndir. Uçot-öncəgörmə ssenarilərinin böyük əhəmiyyəti var və kredit riskinə, gözlənilən kredit zərərlərinə təsirin öncəgörməsi vacibdir.

Məruzədən sonra müzakirələr zamanı suallar daha çox korporativ müştərilərin ehtiyatların azalacağından ehtiyat etməsi və aktivlərin təsnifatlaşdırılması ilə bağlıdır. Mərkəzi Bankın şöbə müdiri Mehriban xanım Canməmmədovanın modelləşdirmədə defoltun alqoritmi və defolt müddətinin, İNL-n burada nəzərə alınma meyarları haqqında sualı geniş müzakirəyə səbəb oldu və burada proqramçılarla maliyyəçilərin birgə fəaliyyətinin vacibliyini bir daha göstərdi.

Növbəti sual standartın tətbiqindən gözləntilər və məlumatların dövriliyi ilə bağlı idi. Natiq bu sualları Rusiya və beynəlxalq təcrübədən irəli gələn qənaətlər əsasında cavablandırdı.

Digər məruzəçi PwC şirkətinin Baş Meneceri Otabek Sidikov təqdimatını məlumat modelləri və məlumatlarla bağlı yaranan problemi - MHBS9-un tətbiqində proqramlaşdırma, məlumat bazasının yaradılması, məlumatların yoxlanılması və idarəedilməsi ciddi və mürəkkəb məsələdir. Bu sahədə İT texnologiyalar köməyə gəlsə də, sistemin seçimi mühüm əhəmiyyət daşıyır. Azərbaycan bankları əlavə xərclərdən qaçaraq problemi daxili ehtiyatlar hesabına həll etməyə çalışır. Lakin hazır məlumat modellərindən istifadə və onun bankın özəlliklərinə uyğunlaşdırılması vacibdir.

Qazaxıstanda MHBS9-un tətbiqi ilə bağlı çıxış edən Saule Medetova Deloitte şirkətinin Baş meneceridir. Müxtəlif banklarda çalışıb, Londonda böyük təcrübə keçib və hazırda Qazaxıstanda Deloitte şirkətinin yerli bölməsində fəaliyyət göstərir. Məruzəçi çıxışı zamanı 33 bankın təcrübəsi zəminində standartın tətbiqi nəticələrini təhlil etdi. Qiymətsizləşdirmə və böhranların standartın tətbiqinə təsiri və onunla bağlılığı məsələsinə toxunan natiq, hər modelin tətbiqində şirkətin biznes modelinin nəzərə alınmasının vacibliyini və risklərin yaranması, dərinləşməsində təsirin qaçılmazlığını dedi. Son MHBS-ləri müqayisə edən natiq MHBS9-da risklərin dinamikasının dəyişməsini konkret misallarla təqdim etdi. Məsləhətçi şirkətin nümayəndəsi banklarda bu standartın tətbiqi mərhələlərini açıqlayarkən, onların Azərbaycan bank sistemi üçün keçərli olduğunu bildirdi. Beynəlxalq banklar arasında keçirilən sorğular zamanı əldə olunan məlumatların səbəb-nəticə təhlilini təqdim edə Seole xanımın çətinliklərlə bağlı fikirləri də auditoriya tərəfindən maraqla qarşılandı.

İllik Mühasiblər Forumu məruzələrin açıq müzakirəsi paneli ilə yekunlaşdı. Maliyyəçilər Forumda qaldırılan məsələlərin aktuallığını və onların işlərinə müsbət təsir göstərəcəyini bir daha bildirərək, təşkilatçılara öz təşəkkürlərini bildirdilər.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) 2009-cu ildən fəaliyyət göstərir və ölkədə maliyyə və korporativ idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək, bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə yaradılmış qeyri-hökumət təşkilatıdır. Bu müddət ərzində fəaliyyət istiqamətləri üzrə bir çox yerli və beynəlxalq tədbirlər, o cümlədən bir neçə Risk və Mühasiblər Forumu təşkil etməklə, müxtəlif ölkələrin təmsilçisi olan peşəkarlar arasında təcrübə mübadiləsi platforması yaradır və əlaqələrin genişləndirilməsində körpü rolunu oynamaqda davam edir.

Mənbə: http://arpa.org.az/2017/10/27/annual-accountants-forum-2017/

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!