Rəqabət Məcəlləsinin layihəsi müzakirə edilib

2017-11-22 | Hüquq | 2498

Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Rəqabət Məcəlləsinin layihəsinin müzakirəsinə başlanılıb.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, layihə Azərbaycan prezidentinin 2017-ci il 2 iyun tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı çərçivəsində fəaliyyət göstərən Komissiyanın işçi qrupu çərçivəsində müzakirə edilir.

İİTKM təkliflərin verilməsi məqsədilə Avropa İttifaqı (Aİ) TAIEX proqramı çərçivəsində texniki dəstək alıb və xarici ekspertlərin iştirakı ilə işçi qrupunun üzvləri ilə Rəqabət Məcəlləsi layihəsi ətrafında geniş müzakirələr aparılır.

Qeyd edək ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib və Rəqabət Məcəlləsinin qəbul edilməsi qarşıya məqsəd kimi qoyulub.

Komissiyanın işçi qrupunun müzakirələrində iştirak edən İİTKM-nin makroiqtisadçısı Faiq Qasımlı qeyd edib ki, yeni layihədə azad iqtisadi rəqabət əsasında sahibkarlıq fəaliyyətinin hayata keçirilməsi, ədalətli qiymətqoyma və geniş əmtəə və xidmət seçimi, qiymətlərin bazarda tələb və təklifin sərbəst qarşılıqlı əlaqəsi vasitəsilə formalaşması, dövlətin rəqabətli bazarlara məhdud müdaxiləsi, ictimai maraq kimi iqtisadi rəqabətin inkişafı və qorunması kimi əsas prinsiplər öz əksini tapmışdır. Bununla yanaşı, layihədə rəqabətin məhdudlaşdırılması, təmərküzləşmə, öhdəlik, sanksiyalar və s. məsələlərə geniş yer verilib.

Məcəllənin layihəsi ətrafında müzakirələrdə iştirak edən ekspertlər TAIEX proqramının "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə rəqabət sahəsində qanunvericilik, institusional və iqtisadi islahatlara dəstək" layihəsi çərçivəsində cəlb ediliblər. Hazırda İİTKM-də fəaliyyət göstərən xarici ekspertlər qrupuna Filip Brusik rəhbərlik edir, digər ekspertlər Valentin Derevyankin və Markus Handelindir.

Mənbə: https://apa.az/maliyye_xeberleri/reqabet-mecellesinin-layihesi-muzakire-edilib-4446.html

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!