Səlim Müslümov: Azərbaycanda 200 peşə standartı hazırlanıb

2013-12-20 | İqtisadiyyat | 2353

Ötən üç il ərzində Azərbaycanda 200 peşə standartı hazırlanıb. Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Kadrların hazırlanması və əmək məhsuldarlığının artırılmasında peşə standartlarının rolu" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, bu standartlardan 33-ü inşaat, 41-i emal sənayesi, 13-ü kənd təsərrüfatı, 33-ü turizm, 13-ü energetika, 17-i nəqliyyat sahələrində, daha 60-ı isə xidmət sahəsindədir.

Onun sözlərinə görə, indiyədək Azərbaycanda faktiki olaraq dəqiq peşə standartları mövcud olmayıb: "Bu, həm işəgötürənlər, həm də əməkdaşlar üçün çətinliklər yaratmışdı. Dünya Bankı ilə sosial müdafiənin inkişafına dair birgə layihə çərçivəsində bu standartları çox qısa müddətdə Almaniyanın "GOPA Consulting" şirkəti hazırlayıb".

Onun sözlərinə görə, bu sahə Azərbaycan üçün yenidir və ona görə də bu prosesdə qabaqcıl dünya təcrübəsi öyrənilib: "Bundan başqa, standartların hazırlanmasında iqtisadiyyatın özəl və qeyri-neft sektorunun 60-dan artıq müəssisəsinin nümayəndələri iştirak edib".

Mənbə: www.trend.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!