Minimum əmək haqqına görə digər maaşlar nə qədər artacaq? - MƏBLƏĞLƏR
2019-02-11 | Kadr işi | 5793Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılıb. FED.az xəbər verir ki, bu artım təkcə indiyədək 180 manatdan az maaş alanlara deyil, bu məbləğdən yüksək maaş alanların da aylıq əmək haqqının artması ilə nəticələnəcək. FED.az MƏH-in sonuncu artımı nəticəsində büdcə təşkilatlarında çalışanların maaşlarının necə dəyişdiyini hesablayıb.
Doğrudur, ölkə iqtisadiyyatının ayrı- ayrı sahələrində əmək haqları fərqli qaydada tənzimlənir. Dövlət qulluqçuları, müəllimlər, hüquq mühafizə orqanlarında çalışanların əmək haqları fərqli rejimdə və fərqli qurumların qərarları ilə dəyişir. Bununla yanaşı, büdcə təşkilatlarında çalışanların bir hissəsinin əmək haqqı bilavasitə minimum əmək haqqı əsasında hesablanır.
İndiyədək dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları Vahid Tarif Cədvəlinə əsasən müəyyən edilir. Nazirlər Kabinetinin 13 mart 2018-ci il tarixli qərarına görə, həmin cədvəl təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, kənd təsərrüfatı, ekologiya, mənzil kommunal, nəqliyyat və rabitə, meliorasiya və sair sahələrdə çalışanları əhatə edir.
Sözügedən qərara əsasən, əməyin ödənilməsi üzrə 1-ci dərəcədə aylıq əmək haqqı 143 manatdan başlayırdı və bu 130 manatıq minimum əmək haqqından 10% artıq idi.
Prezidentin imzaladığı sərəncamdan sonra minimum əmək haqqının 180 manata qaldırıldığını və indiyədək Vahid Tarif Cədvəlində əmək haqları arasındakı artım əmsallarını nəzərə alanda maaşlar aşağıdakı kimi olacaq.
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 180 |
2 | 184 |
3 | 188 |
4 | 192 |
5 | 196 |
6 | 204 |
7 | 212 |
8 | 220 |
9 | 230 |
10 | 240 |
11 | 250 |
12 | 260 |
13 | 272 |
14 | 291 |
15 | 316 |
16 | 370 |
17 | 498 |
18 | 673 |
19 | 1037 |
Qeyd edildiyi kimi, Nazirlər Kabinetinin sözügedən qərarında ən aşağı əmək haqqı ölkə üzrə minimum əmək haqqı həddində deyil, ondan 10% artıq məbləğlə başlayırdı. Hesablamada isə 1-ci dərəcəli maaşın məhz minimum əmək haqqı ilə başlaması nəzərə alınıb.
Göründüyü kimi, ayrı- ayrı dərəcəli vəzifə maaşlarında artım bir neçə manatdan başlayaraq 212 manatadək yüksəlir.

Kadr işi bölümünün son xəbərləri |