EY şirkəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartının tətbiqinə dair təqdimat keçirib
2019-05-30 | IFRS | 4588EY Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) tərəfindən dəstəklənən 9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartı (MHBS 9) üzrə təqdimat keçirdi.
Şirkətdən Trend-ə verilən məlumata görə, MHBS 9 əsasən maliyyə alətlərinin mühasibat uçotu ilə bağlı məsələləri əhatə edir. Maliyyə alətləri ticarət edilə bilən aktivlər və ya alınıb-satıla bilən kapital paketləridir.
Ümumiyyətlə, MHBS 9 əsas etibarı ilə üç əsas istiqaməti ehtiva edir: maliyyə alətlərinin təsnifləşdirilməsi və ölçülməsi, maliyyə aktivlərinin dəyərsizləşməsi və hedcinq uçotu.
Bakıda EY Azərbaycan tərəfindən təşkil olunan təqdimat bank sektorunda MHBS 9 əsasında dəyərsizləşmənin hesablanması metodologiyası və avtomatlaşdırılması perspektivlərinə yönəlmişdir.
EY şirkətinin Maliyyə Xidmətləri təcrübəli mütəxəssisləri və bir çox ölkədən müxtəlif səriştəli MHBS 9 üzrə ekspertləri birləşdirən vahid bir sahədir. EY Azərbaycan EY Ukrayna təcrübəsindən Viktoriya Şmuratkonu və Polina Kiruşkonu təqdimat zamanı danışmağa və MHBS-yə dair geniş bilikləri ilə bölüşməyə dəvət etdi.
Viktoriya Şmuratko qeyd edib: "Biz MHBS-nin müxtəlif biznes sahələrində tətbiqi ilə bağlı çətinlikləri və imkanları yaxşı başa düşürük. Bu səbəbdən biz, MHBS 9-a uyğun olaraq dəyərsizləşmənin hesablamasının avtomatlaşdırılmış vasitəsi olan ProVision metodologiyasına xüsusi diqqət yetirdik. Müzakirələr zamanı biz Azərbaycanda bir çox bankın dəyərsizləşmənin hesablanması üçün hələ də avtomatlaşdırılmış alət tətbiq etmədiyini öyrəndik. Təqdimatımız onlar üçün son dərəcə faydalı oldu. Təqdimatımıza qatılanlar Azərbaycan banklarının gələcəkdə ProVision-un tətbiqi və istifadəsi məsələsini ciddi şəkildə nəzərdən keçirəcəklərini qeyd etdilər".

IFRS bölümünün son xəbərləri |