Yeni kitablar



Vergi və Sığorta Ödənişlərinin Uçotu
Müəllif: Radil Fətullayev | Vergilər | Nəşr ili: 2021
Bildiyiniz kimi, Vergi Məcəlləsi kifayət qədər mürəkkəb şəkildə yazılmış qanunvericilik aktlarından biridir. Maddələrin şərhlərini anlamadan təcrübədə tətbiq etmək də çətin olur. Həmçinin, Məcəllədə vergilərin uçotu barədə də maddələr və onların şərhi kifayət qədər deyildir. Ona görə də mühasiblər vergilərin uçotunda hər zaman çətinlik çəkmişdir. İnanırıq ki, bu nəşrimiz sizin çətinlikləriniz aradan qaldıracaq! Kitab 2 hissədən ibarətdir: ▪️ Vergi və sığorta ödənişlərin mahiyyəti və hesablanması, vergilərin bütün növləri üzrə əsas əməliyyatların uçotu və bəyannamələrdə əks etdirilməsi üsulları haqqında praktiki izahlar; ▪️ Vergi və sığorta üzrə praktiki məsələlər (cavabları ilə). Kitab əsasən mühasiblər, müəssisə rəhbərləri, insan resursları üzrə menecerlər, həmçinin, bu sahəni öyrənən tələbələr üçün nəzərdə tutulmuşdur.


Vergi uçotu: A-dan Z-yə
Müəllif: Anar Bayramov | Vergilər | Nəşr ili: 2020
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)


Mühasibat uçotu - 2018
Müəllif: Altay Cəfərov | Mühasibat uçotu | Nəşr ili: 2018

- Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi


Mühasibat uçotu: Müxabirləşmələrin praktiki izahı
Müəllif: Xalid Cəfərov | Mühasibat uçotu | Nəşr ili: 2019
kitabda Milli Mühasibat Uçotunun Hesablar Planı ilə hər hesab üzrə əməliyyatların müxabirləşmə qaydaları öz əksini tapıb. Kitab həm mühasibatlıq üzrə biliklərini daha da genişləndirən, həm də mühasibatlığı yeni öyrənənlər üçün səmərəli olacaq.
Kitabda konkret olaraq misallar üzrə əməliyyatların hesablar planı (3 rəqəmli) üzrə müxabirləşmələrdə təsviri və yekun əməliyyatlar təsvir edilib.


Kargüzarlıq: A-dan Z-yə
Müəllif: Monitor Konsaltinq | Kargüzarlıq | Nəşr ili: 2018
"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.



Mühasibat Uçotu GAAP və İFRS əsasında
Müəllif: Elvin Həsənov, Elvin Əlimərdanov | Mühasibat uçotu | Nəşr ili: 2018
Mühasibat Uçotu GAAP və İFRS əsasında


Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı (Yeni)
Müəllif: İsmayıl Bağırov, Təbiət Tağıyev | Vergilər | Nəşr ili: 2019
Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı (Yeni), İsmayıl Bağırov, Təbiət Tağıyev


Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019
Müəllif: Monitor Konsaltinq | Vergilər | Nəşr ili: 2019
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 (01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk


Əmək Münasibətləri A-dan Z-yə 2018
Müəllif: Altay Cəfərov | Kadr işi | Nəşr ili: 2018
Müavinətlərlə bağlı Əmək Məcəlləsinə edilən son dəyişikliklərin izahı
İşsizlik sığortası tarifləri və ödəniş qaydası
Əməkhaqqı, tabel uçotu və əməkhaqqıdan güzəştlər
Məzuniyyətlərin hesablanması və rəsmiləşdirilməsi
Əmək kitabçası və Sosial Sığorta şəhədətnaməsi


Əmək qanunvericiliyi toplusu 2018
Müəllif: Monitor Konsaltinq | Kadr işi | Nəşr ili: 2018
Əmək qanunvericiliyi toplusu, 2018


"İqtisadi Diplomatiya" (dərslik).
Müəllif: Xəlil Vəlizadə | İqtisadiyyat | Nəşr ili: 2017
Dərs vəsaitində "İqtisadi diplomatiya"nın aydın şəkildə izahı üçün optimal mühazirə materiallarından istifadə edilmiş və gələ-cək dövr ərzində perspektiv inkişafı üçün tədqiqatlar aparılmışdır. Dərs vəsaitində Azərbaycan torpaqlarının Ermənistan tərəfin-dən işğalı məsələsinə xüsusi diqqət ayrılmış və iqtisadi cəhətdən vurduğu ziyanın nəticələri geniş şəkildə analiz edilmişdir. Dərs vəsaiti bakalavr, magistr və doktorantura pilləsində təhsil alanlar, tədqiqatçılar, iqtisadçılar, siyasətçilər, diplomatlar həmçinin iqtisadi diplomatik münasibətlərlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

Yükləmək



1C Və Mühasibat.
Müəllif: Rəşad Məmmədov | Accountsoft | Nəşr ili: 2017
Kitab - baş verə biləcək maliyyə-təsərrüfat əməliyyatlarının 1C proqramına işlənilməsindən bəhs edir. Müəlifin bu sahədəki çoxillik təcrübəsi-kitabın praktik gücünü artırmışdır. Praktik vəsaitin əsas vəzifəsi müəssisədə baş vermiş (aktivlərin alışı, istehsalı, satışı, gəlir, xərc və digər) əməliyyatların uçotunun 1C proqramında necə işlənməsini göstərməkdir. Kitabı mühasibat sahəsində bilik və təcrübəsi olanlar istifadə edə bilərlər. Vəsaitdəki şəkillər imkan verir ki, Siz 1C proqramını müstəqil şəkildə öyrənə biləsiniz. Mühasiblər, maliyyə menecerləri və artıq 1C proqramının istifadəçiləri isə kitabdan stolüstü vəsait kimi istifadə edə bilərlər.


Rəsmi mühasibatlığın təşkili
Müəllif: Radil Fətullayev | Mühasibat uçotu | Nəşr ili: 2019
Kitab mühasiblər, müəssisə rəhbərləri, insan resursları menecerləri, həmçinin maliyyə uçotunu mənimsəmiş tələbələr üçün yazılmışdır. Kitabdan sərbəst, müəllimlə - fərdi şəkildə və qrup halında təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edə bilərsiniz.

Kitab 7 fəsildən ibarətdir. Burada hər bir mövzu praktika ilə əlaqələndirilmişdir. Mövzular kommersiya təşkilatlarının fəaliyyətinə uyğun işlənmişdir. Bura “Mühasibat sənədləşmələrinin aparılması prinsipləri”, “Kassa sənədləşmələri və kassa kitabının tərtibi”, “Təhtəlhesab şəxslərlə əməliyyatların rəsmiləşdirilməsi”, “Bank əməliyyatlarının rəsmiləşdirilməsi”, “İşçilər və onlara ödənişlərin rəsmiləşdirilməsi”, “Əsas fondların rəsmiləşdirilməsi”, “İstehsal olunan məhsulun və xammalın rəsmiləşdirilməsi” fəsilləri daxildir.

Kitab haqqında geniş məlumatı linkdən əldə edə bilərsiniz.



Beynəlxalq Mühasibat Uçotunun Əsasları üzrə məsələlər və testlər toplusu
Müəllif: Radil Fətullayev | Mühasibat uçotu | Nəşr ili: 2019
“Mühasibatlığa dair məsələlər toplusu” kitabı mühasibatlığı öyrənən və tədris edən şəxslər üçün ilkin uçotun aparılması, sınaq balansının və maliyyə hesabatlarının hazırlanması, o cümlədən ayr-ayrı əməliyyatların mühasibat yazı­lış­larının verilməsinin praktiki cəhətdən tətbiq edilməsi məqsədi ilə nəşr olun­muşdur. Kitabdan həm sərbəst öyrənmə vasitəsi, həm də müəllimlə - fərdi və ya qrup şəklində təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edilə bilər.

“İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibat­lı­ğı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün nəzərdə tutulmuşdur.

Kitab İATM-ın nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsa­sın­da hazırlanmışdır.

Yeni nəşr əvvəlkindən fərqli olaraq 304 səhifə və 18 fəsildən ibarətdir. Bu nəşrə əlavə olaraq büdcədən maliyyələşən təşkilatların mühasibatlığını əhatə edən nümunəvi həlli və cavabları ilə birlikdə 10-dan çox məsələ daxil edilmişdir.

Bundan başqa yeni nəşrə qarışıq mövzuları əhatə edən 10 dan çox məsələ, 20-yə yaxın mühasibatlığa dair yeni hesabat formaları və cədvəllər əlavə olunmuşdur. Məsələləri həll etmək istəyən şəxslər həmin formalardan lazım olanın surətini çıxarmaqla tapşırıqların həllində istifadə etməklə işlərini asanlaşdıra bilərlər.

Ümumiyyətlə, kitabdan düzgün istifadə etdiyiniz təqdirdə, sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazır­la­maq bacarığı formalaşa bilər.

Kitab haqqında geniş məlumatı linkdən əldə edə bilərsiniz



Beynəlxalq Mühasibat Uçotunun Əsasaları (Maliyyə uçotu)
Müəllif: Radil Fətullayev | Mühasibat uçotu | Nəşr ili: 2019
Kitabda müasir dövrdə tətbiq olunan beynəlxalq mühasibat uçotu və hesabatının formalaşması mərhələləri, GAAP və IFRS-in mahiyyəti, nəzəri-metodoloji əsasları, tətbiqi prinsipləri, müxtəlif təsərrüfat əməliyyatlarının hesablarda qeydiyyatı, informasiyanın maliyyə hesabatı formalarında əks etdirilməsi qaydaları, həmçinin maliyyə hesabatının informasiyası əsasında təhlilin aparılması metodikası və sair məsələlər qısaca nəzərdən keçirilmişdir.

Kitab haqqında geniş məlumatı linkdən əldə edə bilərsiniz



Mühasibat Uçotu, Vergilər
Müəllif: Aydın Kərimov | Mühasibat uçotu | Nəşr ili: 2019
Bu nəzəri-praktiki nəşr mühasiblər, maliyyəçilər, iqtisadçılar, mütəxəssislər, tələbələr, ümumiyyətlə, bütün iş adamları üçün nəzərdə tutulub. Kitabda mühasibat uçotu, vergi sistemi, gömrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları və s. nəzəri və praktiki şəkildə nümunələrlə şərh edilib. Kitabda istinad edilən qanun, qərar və təlimatlar 25 yanvar 2014-cü il tarixə qədər olan bütün dəyişiklikləri özündə əks etdirir.


Səhifələr: 1  

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!