Sayt haqqında
www.muhasib.az saytı mühasibat uçotu, vergi uçotu, kadr uçotu və maliyyə sahələrində çalışan mütəxəssisləri və gələcəkdə bu sahədə çalışmaq istəyənləri lazımi məlumatlar ilə təmin etmək üçün 2010-cu ildə yaradılmışdır. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Artıq 14 ildir ki sayt faydalı məlumatlar ilə yenilənir və oxucularını mühasibatlıq, vergi, kadr, audit və maliyyə sahəsində baş verən ən son yeniliklər, xəbərlər, məqalələr və məlumatlar ilə təmin edir. Saytda bu sahələrdə iş elanalrı, CV bankı, Sual-Cavab bölmələri yaradılmışdır.
Bundan başqa, MUHASİB.AZ saytı daim yeni texnologiytaların mühasibat uçotunda tətbiqi ilə bağlı araşdırmalar aparır və yeni məhsullar hazırlayır.
Belə ki, MUHASİB.AZ saytının administratoru Elnur Osmanov və XL Ribbon layihəsinin rəhbəri Aydın Əliyev ilə birlikdə “Mühasiblər Üçün Trenajor” Pro Plus proqramını hazırlamışdırlar. Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan və 148 startap layihənin iştirak etdiyi "Yeni Fikir 2017" startap müsabiqəsində 9 iyun 2017-ci ildə keçirilən finalın nəticələrinə görə "Mühasiblər üçün Trenajor" startap layihəsi 3 yerə layiq görülmüşdür.
Hal-hazırda, proqram mühasibat uçotunu öyrənənlər tərəfindən, bir neçə ali təhsil ocaqlarında tədris zamanı, və bir neçə kiçik və orta müəssisələrdə proqram təminatı kimi istifadə edilir.
Bundan başqa, 2019-cu ilin yanvar ayından MUHASİB.AZ saytının yeni layihəsi olan “Mühasibin Elektron Ensiklopediyası” ekspert sistemi fəaliyyətə başlamışdır.
e-MUHASIB.AZ - "Mühasibin Elektron Ensiklopediyası" ekspert sistemi - böyük həcmdə olan məlumatlar ilə işləmək üçün yeni müasir texnologiyadır. Elektron Ensiklopediya mühasibi mühasibat, vergi, kadr və sənəd uçotunun qanunvericiliyə uyğun aparılması üçün daim aktual ensiklopedik məlumatlar ilə təmin edir.
Saytın müəllifi və administratoru haqqında
Osmanov Elnur Vahid oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi İqtisadiyyat" fakultəsini "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr dərəcəsində,
2005-ci ildə isə həmin fakultəni magistr dərəcəsində fərqlənmə diplomu ilə bitirmişdir.
Energetika, ticarət və telekommunikasiya sahələrində fəaliyyət göstərən şirkətlərdə və holdinglərdə mühasibat uçotunun təşkili və aparılması üzrə 15 illik təcrübəsi vardır. Microsoft Dynamics 365 Business Central ERP proqramının quraşdırılması üzrə Funksional Konsultant kimi çalışır. "Milli Mühasiblər Forumu"-nun Təşkilat Komitəsnin üzvüdür.
Eyni zamanda, HTML / CSS / JS, PHP, VBA proqramlaşdırma dilləri, veb səhifələrin hazırlanması, SQL, MS SQL Server, MySQL - məlumat bazalarının idarəedilməsi sahələrində 10 ildən çox təcrübəsi var. |