Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Salam! Zəhmət olmasa mənə kömək edərdinidiz! Mən bizim qanunvericilikdə hardan tapa bilərəm ki, pul çeklərinin doldurulmasında ancaq qırmızı və yaşil qələmdən istifadə etmək olmaz. Qara və göy olar? Çox minnətdar olacam sizə.


Cavab

Salam. Bu sual ilə bağlı araşdırma apardıq, "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları"-ında bu məsələyə toxunulmayıb. Özünüzdə tanış ola bilərsiniz. http://www.muhasib.az/Qanun/Qayda/Qayda.php

Və "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydaları"-ında bu məsələ ilə bağlı bənd tapdıq: http://www.taxes.gov.az/modul.php?name=qanun&news=585

3.14. Kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri (kassa sənədləri) mürəkkəbli və ya diyircəkli qələmlə dürüst və aydın doldurulmalıdır. Kassa mədaxil orderi makinalarda, kompüterlərdə və ya digər müasir hesablama texnikalarında da doldurula bilər. Həmin sənədlərdə heç bir düzəlişə yol verilmir.

Hörmətlə.

2015-11-21 | Mühasibat uçotu | Baxılıb: 3585 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!