Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Bank hesabından "Google play" hesabına pul yüklənən zaman komissiya haqqı tutulmalıdırmı?


Cavab

Vergilər Nazirliyindən Vergi Məcəlləsinə istinadən bildirilib ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Elektron qaydada xidmətlərin göstərilməsi və işlərin görülməsi dedikdə, informasiya sistemlərindən istifadə edilməklə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında satışının, habelə həmin malların digər dövlətin ərazisindən Azərbaycan Respublikasında yerləşən məntəqəyə gətirilməsinin yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV-yə cəlb olunması isə Vergi Məcəlləsində nəzərdə tutulmur.

2019-12-17 | Vergilər | Baxılıb: 1835 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!