Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Ümidsiz borcların silinməsi |
|
Cavab Mövzu ilə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergi orqanları tərəfindən silinir.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin müddəalarına əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər və qərarlar çıxarırlar.
Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsində məhkəmə qərarı dedikdə hökmlər, qətnamələr və əmrlər başa düşülməlidir.
Bunlarla yanaşı, Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş 93.1.3-cü maddəsi bu maddə qüvvəyə mindiyi tarixədək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə də tətbiq edilir.
|