Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Salam. Mən təhsil sahəsində 01.02.2010 tarixindən işləyirəm, ayda 71.50 manat əmək haqqı alıram. 2016-cı ilin may ayından analiq məzuniyyətinə çıxmalıyam. Təbii doguş olarsa, mən nə qədər məzuniiyət pulu almalıyam? |
|
Cavab Salam. Hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc hesablanmalıdır. Bunun üçün işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölmək lazımdır.
Əgər Siz 2016-cı ilin may ayından sosial məzuniyyətə çıxacaqsınızsa, o zaman, son 12 ayda qazancınız olacaq 12*71.5 = 858 manat, iş günlərinin sayı isə hesablamaya görə olacaq 242 iş günü.
Bir iş gününə düşən orta gündəlik qazanc hesablanacaq: 858/242=3.55 manat
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Əgər Sizin analıq məzuniyyətiniz 02.05.2016 tarixində başlayacaqsa, onda, təbii doğuş olarsa, məzuniyyətdən sonra işə çıxacağınız gün 126 gündən sonra 05.09.2016-cı il olacaq. Bu dövr ərzində 84 iş günü var. Beləliklə, Sizdə hamiləliyə və doğuma görə müavinət olacaq: 84 * 3.55 = 298.20 manat.
|