Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

İctimai iaşə obyektində ödəniş POS-terminal vasitəsilə nağdsız qaydada aparıldıqda həmin məbləğ NKA-ya mədaxil edilməlidirmi?


Cavab

Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, o cümlədən nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aiddir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 4.3-cü bəndinə görə, ictimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatı və POS-terminallar tətbiq olun­maqla həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən: İctimai iaşə obyektlərində xidmətlərin haqqı POS-terminal vasitəsilə ödənildikdə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan da çıxarış təqdim olunmalıdır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Mənbə: www.vergiler.az

2018-03-01 | Vergilər | Baxılıb: 2379 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!