Sual - Cavab
Sual ver | Bütün suallar
Sual İnventarizasiya nəticəsində fövqəladə və ya hər hansı bir səbəbdən malların əskik gəlməsi mənfəət vergisi baxımından yarana biləcək öhdəliklərlə bağlı aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:
|
|
Cavab 1 və 2. Cavab: Bildiririk ki, müvafiq qaydada təsdiqlənmiş malların əskik gəlməsi zamanı həmin malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır, digər tərəfdən malların alış dəyəri də xərc kimi qəbul edilmir.
Malların əskik gəlməsi əsaslndırılmadıqda bu malların bazar qiymət gəlir, alş qiyməti isə xərc kimi nəzərə alınmalıdır.
Əlavə olaraq xatırladırıq ki, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.
|