Sual - Cavab
Sual ver | Bütün suallar
Sual İcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? |
|
Cavab Azərbaycan Respublikası Vergi Məcəlləsinin (VM) 106.1.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olunmaqla) mənfəət vergisindən azaddır. Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir (VM, maddə 124.3).
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər yerli büdcənin gəlirlərinə aid edilir.
Qeyd olunanlara əsasən:
İcarəyə götürülmüş bələdiyyə mülkiyyətində olan torpaqlara görə ödənilən icarə haqqından vergi tutulmur və bu torpaqlara görə alınan icarə haqqı bələdiyyə tərəfindən mənfəət vergisinə cəlb edilmir.
Samirə Musayeva
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
|