Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə tərəfindən əmlak vergisi ödənilirmi? |
|
Cavab Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab olunur.
Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçıları olan hüquqi şəxslər, torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, habelə həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən beş il müddətinə - 2019-cu ilin 1 yanvar tarixinədək azad edilmişdir.
Qeyd olunanlara əsasən:
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən həmin fəaliyyət prosesində istifadə olunan əmlaklara görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmlak vergisi hesablanıb düvlət büdcəsinə ödənilməlidir.
Samirə Musayeva
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Mənbə:http://www.vergiler.az/art-view2/7273
|