Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi? |
|
Cavab Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim edilmir. Göründüyü kimi, banklar tərəfindən elektron qaimə-fakturanın təqdim olunmaması yalnız müştərilərin hesabları üzrə göstərilən xidmətlərə aid edilib.
Qeyd olunanlara əsasən, çek kitabçalarının satışı zamanı alıcıya banklar tərəfindən elektron qaimə-faktura təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsi, 16.1.11-6.1-ci maddə
Mənbə: www.taxes.gov.az
|