Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına elmi dərəcələr və elmi adlara görə əlavələr ödənilir. Həmin ödənişlərdən gəlir vergisi tutulurmu? |
|
Cavab Vergilər Nazirliyi tərəfindən suala aydınlıq gətirilərək bildirilib ki, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan hərbi qulluqçulara elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında" 14 iyun 2017-ci il tarixli 259 nömrəli Qərarına uyğun olaraq ödənilən əlavələrin məbləği vəzifə maaşını təşkil etmədiyindən, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən, gəlir vergisindən azaddır. Çünki Nazirlər Kabinetinin adı qeyd edilmiş qərarına əsasən, bu qərarda göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınır.
Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulmuş müvafiq vəsaitlər hesabına ödənilir.
Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən, hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq-mühafizə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar gəlir vergisindən azaddır.
|