Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Əgər ƏDV qeydiyyatında olan fiziki şəxs şəxsi daşınmaz əmlakını ƏDV qeydiyyatında olan hüquqi şəxsə icarəyə verirsə, bu halda onun hansı növ vergi öhdəlikləri yaranır? |
|
Cavab Suala cavab olaraq Vergilər Nazirliyindən bildirilib ki, fiziki şəxslərə ödənilən icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bu zaman Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə təqdim edir. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, icarə haqqından gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunduğu üçün gəlir vergisinin və əlavə dəyər vergisinin məqsədləri üçün nəzərə alınmır.
Vergi Məcəlləsinin 124.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
|