Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Müəssisə malların topdan satışı ilə məşğuldur və illik dövriyyəsi 100.000 manatdır. Bu halda o, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? |
|
Cavab Vergilər Nazirliyinin mövzu ilə bağlı şərhində bildirilir ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.
Topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 2019-cu ilin yanvarından mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.
|