Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərə hansı vergi növü tətbiq edilir?


Cavab

Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilib ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Sahibkarlıq subyektlərinə sözügedən xidmətləri göstərən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.

2019-09-11 | Vergilər | Baxılıb: 2413 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!