Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Fərdi sahibkar xırda istehsal fəaliyyəti ilə məşğuldur və 3 nəfər işçisi var. Bu halda o, sadələşdirilmiş verginin ödəyicisi kimi 2 faiz dərəcə ilə vergi ödəyə bilərmi? |
|
Cavab Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qeyd olunanlara əsasən, işçi sayı 3 nəfər olan istehsal fəaliyyətini həyata keçirən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər.
Əsas: Vergi Məcəlləsi, 218.5.8-ci maddə
|