Sual - Cavab
Sual ver | Bütün suallar
Sual Avtomobil nəqliyyatı vasitəsilə yük daşımalarını həyata keçirən şəxs "Fərqlənmə nişanı" olduğu halda gördüyü işə (yazdığı elektron qaiməyə) əsasən 2 faiz sadələşdirilmiş vergi ödəməlidirmi? |
|
Cavab Vergilər Nazirliyinin şərhinə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və vergi öhdəliyini yerinə yetirmiş hesab olunurlar. Həmin şəxslərin bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verməsi tələb olunmur.
|