Azərbaycanda işçilərin ödədiyi sığorta haqqı 10%-dək artırılacaq.

2012-12-03 | Vergilər | 367

Qarşıdakı illərdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə dayanıqlığının gücləndirilməsi və pensiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ölkədə sığorta stajının bir ilinin qiyməti müəyyənləşdiriləcək.

«APA-Economics»in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxışında bildirib.

«Hazırda sistemdə belə göstərici olmadığına görə, çox aşağı tariflərlə sosial sığorta haqqı ödəyən böyük bir əhali qrupu sistemdən uzunmüddətli və böyük məbləğli pensiya almaq imkanına malikdir. Bunu nəzərə alaraq sosial sığorta stajının bir ilinin dəyəri müəyyən ediləcək», - deyə DSMF başçısı vurğulayıb.

S.Müslümov həçinin bildirib ki, hesablamalara görə, bu göstərici pensiyanın baza hissəsinin 12 misli qədər olmalıdır.

Tam pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı 30 il, minimum pensiya üçün tələb olunan sığorta stajı isə 12 il həddində müəyyənləşdirilib. Hesablamalara əsasən, 2020-ci ilədək sosial sığorta haqqının dərəcəsi 25% olmaqla, işəgötürənlə, işçi arasında bu məbləğ 15%/10% nisbətində bölünəcək.

Qeyd edək ki, hazırda bu nisbət 22%/3% təşkil edir.

Mənbə: www.apa.az

Vergilər bölümünün son xəbərləri

2020-01-24 | Xarici şirkətlə işləyən sığorta agentinin vergi öhdəlikləri
2020-01-24 | Ödəmənin aparıldığı vaxt
2020-01-24 | Elektron qaimə-fakturalarla bağlı yenilik
2020-01-24 | Əlavə dəyər vergisinin bəyannaməsi üzrə edilmiş dəyişikliklər
2020-01-21 | Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik
2020-01-17 | Gəlir əldə edilməsi ilə bağlı çəkilən xərc - 3
2020-01-17 | Nazir müavini: Gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini əhatə edəcək
2020-01-17 | Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır
2020-01-17 | Malların təqdim olunması prosesində rəsmiləşdirmə
2020-01-16 | ƏDV-nin hesablanması vaxtı dəqiqləşəcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!