Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib
2019-07-13 | İqtisadiyyat | 4821Çəkisi 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələri üçün idxal gömrük rüsumu müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. İndiyə qədər çəkisi 3.500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb. Dəyişikliyə əsasən, bundan sonra 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.
qoşqu — mexaniki nəqliyyat vasitəsilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsi;
yarımqoşqu — yük avtomobilinə birləşdirilmək üçün nəzərdə tutulmuş, bir hissəsi həmin avtomobilə söykənərək özünün və yükün kütləsinin müəyyən hissəsini ona ötürən hər hansı qoşqu;

İqtisadiyyat bölümünün son xəbərləri |