Azərbaycanda əlavə dəyər vergisinin vahid inzibatçılıq modelinin tətbiqi təklif edilir.

2019-07-27 | Vergilər | 3110

Hesablama Palatası Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir. 2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni təşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir. Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2%-ni təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4%-ə enmiş, Komitənin payı isə artaraq 54,6%-ə yüksəlib”, - V.Gülməmmədov bildirib.

Onun sözlərinə görə, hesabat ilində Nazirlik xətti ilə daxilolması təmin edilmiş ƏDV-in məbləği 2017-ci illə müqayisədə 2,7%, Komitə üzrə 32% artıb.

O, qeyd edib ki, son illərdə ölkə üzrə ÜDM-in, eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi kimi əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcminin səngiməsi müşayiət olunub.

“Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyil idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçı lıq modelinin tətbiqini təklif edir”, - deyə Hesablama Palatasının sədri bildirib.

Mənbə: https://report.az/maliyye/hesablama-palatasindan-edv-ile-bagli-teklif/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!