ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtın müəyyən edilməsi

2019-08-03 | Vergilər | 3282

Vergi Məcəlləsinin 166.1-ci maddəsi əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtı müəyyənləşdirir. Belə ki, bu maddəyə əsasən, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, əgər Vergi Məcəlləsinin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat bu maddələrdə nəzərdə tutulan vaxtlarda aparılmış sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən etməkdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi tutulan əməliyyatın vaxtının müəyyənləşdirilməsində ilk addım olaraq həmin əməliyyat üçün ödəmənin 30 gün müddətində həyata keçirilməsini yoxlayırıq. İkinci: əgər ödəmə 30 gün ərzində həyata keçirilibsə, o zaman vergi tutulan əməliyyatın vaxtı kimi ödəmənin həyata keçirildiyi tarix götürülür.

Ödəmə 30 gündən sonra həyata keçirildikdə isə elektron vergi hesab-fakturasının verildiyi vaxta baxırıq. Malların göndərildiyi və işlərin görüldüyü vaxtdan 5 gün ərzində elektron vergi hesab-fakturası verildikdə vergi tutulan əməliyyatın vaxtı elektron vergi hesab-fakturasının verildiyi tarix götürülür. Üçüncü: malların göndərildiyi və işlərin görüldüyü vaxtdan 5 gün ərzində elektron vergi hesab-fakturası verilmədikdə vergi tutulan əməliyyatın vaxtı malların təqdim edildiyi və işlərin görüldüyü tarix, malların göndərilməsi onların daşınmasını nəzərdə tutduqda isə daşınmanın başlandığı tarix götürülür.

Misal 1:

ƏDV ödəyicisi olan "A" firması mart ayının 16-da alıcı "B" firmasına 10.000 manatlıq (ƏDV-siz) mal göndərmiş, mart ayının 19-da isə ona elektron vergi hesab-fakturası təqdim etmişdir. Göndərilmiş mala görə aprel ayının 10-da "A" firmasına 10.000 manat ödənilmişdir. Bu halda elektron vergi hesab-fakturası malın təqdim edildiyi vaxtdan 5 gün ərzində verilməsinə baxmayaraq, birinci göndərilmiş malın dəyərinin 30 gün ərzində ödənilib-ödənilmədiyinə baxılır. Malın dəyəri 30 gün içində ödənildiyi üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt malın dəyərinin ödənildiyi tarix, yəni aprel ayının 10-u hesab olunur və "A" firması, satılan 10.000 manatlıq malın dövriyyəsi aprel ayının ƏDV bəyannaməsində göstərilməklə, aprel ayında 1.800 manat (10.000 x 18% = 1.800) ƏDV hesablamalıdır.

Misal 2:

ƏDV ödəyicisi olan "A" firması may ayının 30-da alıcı "B" firmasına 10.000 manatlıq (ƏDV-siz) mal göndərmiş və iyun ayının 3-də, yəni 5 gün içində ona elektron vergi hesab-fakturası təqdim etmişdir. Göndərilmiş mala görə iyul ayının 6-da, yəni 30 gündən sonra "A" firmasına 10.000 manat ödəniş edilmişdir. Bu halda malın dəyəri 30 gündən sonra ödənildiyi üçün ikinci elektron vergi hesab-fakturasının verildiyi tarixə baxılır. Elektron vergi hesab-fakturası malın təqdim edildiyi vaxtdan 5 gün ərzində verildiyindən, vergi tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturasının təqdim edildiyi tarix, yəni iyun ayının 3-ü hesab olunur və "A" firması, satılan 10.000 manatlıq malın dövriyyəsi iyun ayının ƏDV bəyannaməsində göstərilməklə, iyun ayında 1.800 manat (10.000 x 18% = 1.800) ƏDV hesablamalıdır.

Misal 3:

ƏDV ödəyicisi olan "A" firması iyul ayının 30-da alıcı "B" firmasına 10.000 manatlıq (ƏDV-siz) mal göndərmiş və avqust ayının 6-da, yəni 5 gündən sonra ona elektron vergi hesab-fakturası təqdim etmişdir. Göndərilmiş mala görə sentyabr ayının 6-da, yəni 30 gündən sonra "A" firmasına 10.000 manat ödəniş edilmişdir. Bu halda birinci malın dəyəri 30 gündən sonra ödənildiyi və ikinci elektron vergi hesab-fakturası malın təqdim edildiyi vaxtdan 5 gündən sonra verildiyi üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt üçüncü hal olan alıcıya malın göndərildiyi tarix, yəni iyul ayının 30-u hesab olunur və satılan 10.000 manatlıq malların dövriyyəsi iyul ayının ƏDV bəyannaməsində göstərilməklə "A" firması iyul ayında 1.800 manat (10.000 x 18% = 1.800) ƏDV hesablamalıdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/3425.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!