Hesablama Palatası ilə bağlı vergi və mühasibat qanunvericilik aktlarında dəyişikliklər edilib.

2019-08-13 | İqtisadiyyat | 2708

"Mühasibat uçotu haqqında" AR Qanunu

"Mühasibat uçotu haqqında" AR Qanununa aşağıdakı məzmunda 5.2-1-ci maddə əlavə edilir:

“5.2-1. Kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir.”.

AR Vergi Məcəlləsi

AR Vergi Məcəlləsinin 30.6.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və həmin Məcəlləyə aşağıdakı məzmunda 30.6.11-ci maddə əlavə edilir:

“30.6.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına.”.

AR İnzibati Xətalar Məcəlləsi

AR İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

43.2-ci maddədə “54.2-ci maddəsində” sözləri “43.2-1-ci və 54.2-ci maddələrində” sözləri ilə əvəz edilir;

aşağıdakı məzmunda 43.2-1-ci maddə əlavə edilir:

“43.2-1. Bu Məcəllənin 547-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən tərtib edilir.”;

547-ci maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 547. Hesablama Palatası haqqında qanunvericiliyin pozulması

547.1. Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilmiş Azərbaycan Respublikası Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

547.2. Azərbaycan Respublikası Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə Azərbaycan Respublikası Hesablama Palatasının təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

547.3. Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinə mane olma, yəni:

547.3.1. Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə;

547.3.2. elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə;

547.3.3. kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, zəruri məlumatların və sənədlərin, habelə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil edən sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə;

547.3.4. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə –

vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.

Mənbə: https://president.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!