Dövlət orqanları, yerli və xarici şirkətlərdə məşğulluğa nəzarət qaydası müəyyənləşib
2019-08-13 | Kadr işi | 3085Nazirlər Kabineti “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, Qaydaya əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri ( işəgötürənlər) tərəfindən əhalinin məşğulluğu sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.
Məşğulluq sahəsində nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə həyata keçirilir. Məşğulluq sahəsində nəzarət aşağıdakı formalarda həyata keçirilir:
- plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar;
- monitorinq.
Məşğulluq sahəsində nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:
- məşğul şəxslərin reyestrinə məşğul şəxslər barədə məlumatların daxil edilməsi;
- işəgötürənlər tərəfindən Xidmətin göndərişi əsasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi;
- Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatın reyestrə daxil edilməsi;
- işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların Xidmətə təqdim edilməsi;
- işəgötürənlər tərəfindən Xidmətin göndərişinin təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın qəbul edilərək Xidmətə təqdim edilməsi;
- işəgötürənlər tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilərin peşəsi, ixtisası və əməkhaqqının məbləği göstərilməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Xidmətə rəsmi məlumatın verilməsi;
- işəgötürənlər tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə, bu barədə məlumatların “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nə daxil edilməsi;
- işəgötürənlər tərəfindən Xidmətin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların MEİS-ə daxil /edilməsi.
Plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun həyata keçirilir. Məşğulluq sahəsində monitorinq bu sahədə məlumatların toplanmasından, öyrənilməsindən və monitorinqin nəticələri üzrə tədbirlərin görülməsindən ibarətdir. Monitorinq aşağıdakı qaydada həyata keçirilir:
- məşğulluğa dair toplanılan məlumatlar təhlil edilir və öyrənilir;
- monitorinqin nəticələri əsasında Xidmət tərəfindən məşğulluq sahəsində vəziyyət barədə rübdə bir dəfə hesabat hazırlanır;
- monitorinqin nəticələri üzrə tədbirlər hazırlanır və həyata keçirilir.
Monitorinq zamanı aşkar edilmiş hüquq pozuntuları müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir.
Ramiz Mikayıloğlu
AR Nazirlər Kabinetinin Qərarının tam mətni ilə buradan tanış ola bilərsiniz

Kadr işi bölümünün son xəbərləri |