MMC-lər üçün yeni nizamnamə formaları hazırlanıb

2019-08-15 | Hüquq | 3223

Vergilər Nazirliyi məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) nizamnamələrinin yeni nümunəvi formalarını hazırlayıb və rəsmi internet səhifəsinin (www.taxes.gov.az) "Bir pəncərə" bölməsində yerləşdirib.

Nizamnamənin nümunəvi formalarının yenilənməsi qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır: 28 dekabr 2018-ci il tarixli 1449-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-4-cü maddəsinə dəyişiklik edilib və Məcəlləyə yeni - 87.10-cu, 91.1-5-ci və 91.1-6-cı maddələr əlavə olunub.

Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən, MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar MMC iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Məcəllənin 91.1-4-cü maddəsinin yeni redaksiyasına əsasən, MMC iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Məcəllənin 91.1-5-ci maddəsində isə göstərilir ki, iştirakçıların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6-cı maddəyə əsasən, yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

Bütün bunlar nəzərə alınaraq, nümunəvi nizamnamə formalarında da dəyişiklik edilib. Qeyd edək ki, dəyişikliyə qədər bu məsələlər hər bir MMC-nin öz nizamnaməsinə uyğun müəyyən olunurdu.

Yeni nizamnamə formaları Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentə əlavə olunub və yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı istifadəçilərə təklif olunur.

Nizamnamə formaları kommersiya hüquqi şəxs təsis etmək istəyən şəxslərə kömək məqsədilə hazırlanıb və qeydiyyat zamanı Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış digər nizamnamələr də təqdim oluna bilər. Nizamnamələrinin yeni formaları ilə buradan tanış ola bilərsiniz:

http://www.taxes.gov.az/

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/3616.html

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!