Vergilər 468 avtomobilin üzərinə həbs qoydurub
2014-10-23 | Vergilər | 23072014-cü ilin 9 ayı ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində 1 oktyabr 2014-cü il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 1 yanvar 2014-cü il tarixlə müqayisədə 5,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,3 faiz azalmışdır.
Vergilər Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, cari ilin 9 ayı ərzində ümumilikdə 180 min 689 vergi ödəyicisinin borclarının tamamilə ləğv edilmiş, 1 oktyabr 2014-cü il tarixə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 5,6 faiz təşkil etmişdir.
Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 60 min 2 sayda əmlakın siyahıya alınması barədə qərar açılmış, bu qərarların 72,4 faizi borclar ləğv edildiyi üçün bağlanılmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 400,5 min manat borc məbləğini əhatə edən 587 məhkəmə qətnaməsi qəbul olunmuşdur. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 45,2 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
TƏQDİM EDİLMƏDİYİ ÜÇÜN HƏBS QOYULUB
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11 237 vergi ödəyicisinin 11,7 milyon manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilmiş, 12 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 468 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilmişdir.
FİZİKİ ŞƏXSLƏRİN BORCLARI ŞİRKƏTLƏRDƏKİ PAYLARINDAN TUTULUB
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə qanunamüvafiq tədbirlər görülərək, 1009 fiziki şəxs üzrə 637,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Mənbə: http://www.marja.az

Vergilər bölümünün son xəbərləri |