Sadələşdirilmiş verginin ödəyiciləri risklərdən necə yan keçə bilər...

2019-09-19 | Vergilər | 2894

2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəmək hüququnun məhdudlaşdırılması ilə bağlı olub. Bu məsələ Vergi Məcəlləsinin 218-ci maddəsi ilə tənzimlənir.

Məcəllənin 218.5.8-ci maddəsinə əsasən, istehsal sahəsində fəaliyyət göstərən şəxslərin işçi sayı 10 nəfərdən çox olduğu halda, həmin vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir. Məcəllənin 218.5.10-cu maddəsi isə xidmət sahəsində fəaliyyət göstərən şəxslərin vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu məhdudlaşdırır. Bəs bu məqamlar təcrübədə necə əks olunur?

İqtisadçı ekspert Vüqar Mirheydərovun sözlərinə görə, bəzi vergi ödəyiciləri Vergi Məcəlləsində edilmiş dəyişiklikləri nəzərə almadan mənfəət vergisinə keçməli olduğu halda, vergi orqanlarına sadələşdirilmiş vergi bəyannamələrini təqdim etməkdə davam edirlər: "Bunu onunla əsaslandırmağa çalışırlar ki, vergi orqanları onlara mənfəət vergisinə keçirilməsi barədə heç bir məktub göndərməyib. Buna cavab olaraq bir misal gətirmək istərdim.

Fərz edək ki, ilin hər hansı bir ayında sizin 12 aylıq dövriyyəniz 200.000 manatı aşıb. Məgər siz vergi orqanlarından ƏDV qeydiyyatına alınmağınız barədə məktub gözləyəcəksiniz, yoxsa özünüz ƏDV qeydiyyatına durmaq üçün onlara məktub yazacaqsınız? Sözsüz ki, ikinci variantı seçəcəksiniz. Bəs niyə mənfəət vergisinə keçid barədə başqa fikirdəsiniz?"

Yaranmış vəziyyəti real qiymətləndirməyi təklif edən V. Mirheydərov qeyd edib ki, həm vergi ödəyicilərinin qeydiyyat zamanı seçdiyi vergi sistemi, həm onun işçiləri haqqında məlumat, həm də təqdim etdiyi elektron qaimə-fakturalar vergi orqanlarının məlumat bazasındadır. Bu, o deməkdir ki, vergi orqanları həmin vergi ödəyicilərinin qanun pozuntularını üzə çıxara bilir: "Vergi orqanlarının işinin çox olduğunu nəzərə alsaq belə, bunun maksimum ilin axırına kimi uzana biləcəyini proqnoz edə bilərik. Odur ki, növbəti ilin yanvar-mart aylarında Vergilər Nazirliyi xəbərdarlıq və bildirişləri göndərib, vergi ödəyicilərinin təqdim etdiyi hesabatların heç nəyə yaramadığını bildirəndə və mənfəət-zərər bəyannaməsi tələb edəndə gərək heç kəs təəccüblənməsin. Hesabat təqdim olunduqdan sonra isə vergi öhdəlikləri yenidən hesablanaraq ödənilməmiş hissələrinə görə hər günə 0,1 faiz cərimə hesablanacaq".

Ekspert bütün bu riskləri nəzərə alaraq, sadələşdirilmiş vergi bəyannaməsini göndərən şəxslərə məsləhət görüb ki, Vergi Məcəlləsinin 218-ci maddəsinin ayrı-ayrı bəndlərini diqqətlə təhlil edib fəaliyyətlərinin bu maddələrdə sadalanan fəaliyyət növləri arasında olub-olmamasını bir daha yoxlasınlar: "Əgər fəaliyyət göstərdiyiniz sahə bu maddələrdən birinə uyğun gəlirsə, indidən lazımi tədbirləri görün: bəyannamələri təqdim edin, cərimələri ödəyin, gəlir və xərclərin Vergi Məcəlləsində müəyyən olunmuş qaydada aparılmasını təmin edin və rahat biznesinizə davam edin. Hər halda, ziyanın yarısından qayıtmaq da xeyirdir".

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/4278.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!