Fərdi sahibkarın aktivlərinin təqdim edilməsi zamanı yaranan vergi öhdəliyi

2019-10-04 | Vergilər | 3075

Vergi Məcəlləsinin 99.2.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsi və həmin Məcəllənin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiyməti artdığı halda həmin aktivlərin təqdim olunması zamanı yaranan vergi öhdəliyinin müəyyən edilməsi zamanı müxtəlif suallar yaranır. Həmin suallara iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsi və ilkin qiyməti artdığı halda aktivlərin təqdim olunması zamanı yaranan vergi öhdəliyinin müəyyən edilməsidir. Bu maddələri daha yaxşı anlamaq üçün əvvəlcə aktivlərin dəyərinin necə yarandığını müəyyənləşdirmək lazımdır. Məcəllənin 143-cü maddəsində göstərilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması, qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

143-cü maddəyə əsasən, əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım aktivlərin dəyərinə daxil deyildir. Ona görə də aktivlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna olmaqla, Vergi Məcəlləsinin 99.2.1 maddəsinə əsasən, sahibkarlıq fəaliyyətində istifadə olunan aktivlərin təqdim edilməsindən əldə olunan gəlirlər sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir. Vergi Məcəlləsinin 99.3.8-ci maddəsində isə deyilir ki, vergi ödəyicisinin aktivlərinin ilkin qiyməti artdığı halda, həmin aktivlərin təqdim edilməsindən əldə olunan gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilir.

Misal 1:

Şirniyyat məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkarın balansında ilkin dəyəri 30.000 manat olan avadanlıq var və həmin avadanlığın qalıq dəyəri 25.000 manatdır. Fərdi sahibkar həmin avadanlığı satmaq istəyir və buna görə də lisenziyası olan qiymətləndirmə firması ilə müqavilə bağlayaraq avadanlığını yenidən qiymətləndirir. Nəticədə avadanlığın qiyməti 35.000 manat təşkil edir. Vergi ödəyicisi həmin avadanlığı 45.000 manata satır. Bu halda qeyd olunan əməliyyatlardan fərdi sahibkarın əldə etdiyi gəlir aşağıdakı kimi olur:

Göründüyü kimi, avadanlığın yenidən qiymətləndirilməsindən yaranan dəyəri – 35.000 manat ilə ilkin dəyəri 30.000 manat arasındakı fərq 5.000 manatdır (35.000 - 30.000 = 5.000). Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, aktivin ilkin qiymətinin artığını göstərən 5.000 manat məbləğ qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir və ondan 700 manat (5.000 x 14% = 700) vergi hesablanacaqdır.

Fərdi sahibkarın sahibkarlıqdan əldə etdiyi gəliri avadanlığın satış qiyməti olan 45.000 manatdan avadanlığın qalıq dəyəri 25.000 manatı və yenidən qiymətləndirmədən alınan 5.000 manatı (35.000-30.000) çıxdıqdan sonra qalan 15.000 manat (45.000-25.000-5.000) təşkil edir. Vergi Məcəlləsinin 99.2.1 və 99.2.3-cü maddələrinə əsasən, 15.000 manat sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir və ondan 3.000 manat (15.000 x 20% = 3.000) vergi hesablanacaqdır.

Misal 2:

Şirniyyat məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkarın balansında ilkin dəyəri 30.000 manat olan avadanlıq var və həmin avadanlığın qalıq dəyəri 25.000 manatdır. Fərdi sahibkar həmin avadanlığı satmaq istəyir və buna görə də lisenziyası olan qiymətləndirmə firması ilə müqavilə bağlayaraq avadanlığını yenidən qiymətləndirir. Nəticədə avadanlığın qiyməti 28.000 manat təşkil edir. Vergi ödəyicisi həmin avadanlığı 45.000 manata satır. Bu halda qeyd olunan əməliyyatlardan fərdi sahibkarın əldə etdiyi gəlir aşağıdakı kimi olur:

Fərdi sahibkarın avadanlığının yenidən qiymətləndirilməsindən yaranan dəyəri 28.000 manat, ilkin dəyəri olan 30.000 manatdan azdır. Avadanlığın yenidən qiymətləndirilməsindən yaranan dəyəri ilkin dəyərindən az olduğu üçün, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən vergi öhdəliyi yaranmır. Amma fərdi sahibkarın Vergi Məcəlləsinin 99.2.1 və 99.2.3-cü maddələrinə əsasən sahibkarlıqdan əldə etdiyi gəliri avadanlığın satış qiymətindən – 45.000 manatdan avadanlığın qalıq dəyəri – 25.000 manat çıxdıqdan sonra qalan 20.000 manat (45.000-25.000) olacaqdır ki, ondan da 4.000 manat (20.000 x 20% = 4.000) vergi hesablanacaqdır.

Hazırladı: Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/4594.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!