İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq

2019-10-23 | İqtisadiyyat | 512

İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, Nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.

“Report” xəbər verir ki, bunlar qurumun tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin bazasında yaradılan Əmlak Məsələləri Dövlət Xidməti və Vergilər Nazirliyinin bazasında yaradılan Dövlət Vergi Xidmətidir.

Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Beləliklə, Nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.

Bundan başqa, qurumun strukturuna əvvəlki qaydada onun aparatı, regional bölmələri, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxildir.

Mənbə: https://report.az/biznes/i-qtisadiyyat-nazirliyinin-tabeliyinde-3-dovlet-xidmeti-olacaq/

İqtisadiyyat bölümünün son xəbərləri

2020-02-22 | Ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimələrin tətbiqi
2020-02-21 | Valyuta tənzimi rejimi-nin yumuşaldılmasına ASK-dan münasibət
2020-02-21 | Azərbaycanda valyuta rejimi liberallaşdırıldı
2020-02-15 | Əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri üçün qaydalar sərtləşdirilib
2020-01-30 | Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətləri KOB indeksi üzrə qiymətləndiriləcək
2020-01-27 | Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
2020-01-19 | Publik hüquqi şəxslərə nəzarət artırılıb
2020-01-17 | POS-terminalların quraşdırılması qaydaları təkmilləşdirilib
2020-01-17 | Binə və Sədərək üçün möhlət olmayacaq – KASSA-NƏZARƏT APARATLARI TAM ŞƏKİLDƏ QURAŞDIRILACAQ
2020-01-17 | Mikayıl Cabbarov: Ötən il vergi daxilolamaları tarixi maksimuma çatıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!