Nəhəng texnologiya şirkətlərinə vergi tətbiq edilməsi
2019-10-29 | Vergilər | 3184Türkiyə "Google", "Facebook", "Amazon", "Netflix" kimi internet üzərindən mal və xidmət təqdim edən texnologiya şirkətlərinə vergi tətbiq etməyə hazırlaşır. Yeni hazırlamış qanun layihəsinə görə, beynəlxalq texnologiya şirkətləri internet üzərindən alış-veriş, reklam, oyun, musiqi və video kimi xidmətlərdən əldə etdikləri gəlirlərin 7,5 faizi nisbətində rəqəmsal xidmət vergisi ödəyəcəklər. Bu vergi Türkiyədə ən azı 20 milyon lirə və qlobal miqyasda 750 milyon avro gəlir əldə edən şirkətlərə tətbiq olunacaq.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, son dövrlər elektron kommersiya vasitəsilə həyata keçirilən əməliyyatların vergiyə cəlb olunması əksər ölkələrdə günün ən aktual problemlərindən birinə çevrilib: "BMT-nin hesabatına görə, qlobal elektron kommersiya ildən-ilə artır. Artıq bu sahənin dünya ticarətində payı 30 trilyon dollara çatıb. Bu, çox böyük rəqəmdir. Təbii ki, belə bir vəziyyətdə dövlətlər üçün əsas məsələ elektron kommersiya vasitəsilə aparılan əməliyyatların düzgün, ədalətli şəkildə vergiyə cəlb edilməsidir.
Lakin burada bir sıra problemlər mövcuddur. Məsələ ondadır ki, hələ dünya üzrə qəbul olunmuş elektron kommersiyanın vergiyə cəlb edilməsi ilə bağlı konkret alətlər tam işlənib hazırlanmayıb. Elektron kommersiya vasitəsilə əmtəə və xidmətlərin satışını həyata keçirən və bundan daha çox gəlir əldə edən ölkələr transmilli şirkətlərin vergiyə cəlb olunmasının əleyhinə çıxış edirlər. Elektron ticarət yolu ilə məhsulların alıcısı olan ölkələr isə bu şirkətlərə vergi tətbiq olunmasına çalışırlar. Digər bir çətinlik isə ondan ibarətdir ki, bu cür şirkətlər xidmət və məhsulların virtual satışını həyata keçirirlər. Burada alışlar nə zaman baş verir, satışlar hansı həcmdə olur – bütün bu əməliyyatların qeydə alınması kimi məsələlərdə çətinliklər ortaya çıxır. Bununla belə, bu problemlərin həlli ilə bağlı bir sıra ölkələrdə iş aparılır".
Qeyd edək ki, artıq Fransada bir müddətdir ki, texnologiya şirkətlərindən vergi tutulur. Ruslan Atakişiyevin sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə işlər görülür: "Bir neçə ildir xarici saytlar vasitəsilə təqdim edilən iş və xidmətlərin alışına görə 18 faiz əlavə dəyər vergisi tətbiq olunur. Xarici saytda elektron "pul kisəsi"nin doldurulması zamanı isə 10 faiz vergi hesablanır. Bütün bunlar xarici saytlarda aparılan əməliyyatların vergiyə cəlb olunması istiqamətində edilən cəhdlərdir. Amma verginin bu cür tutulması sonradan müəyyən problemlərə gətirib çıxarır. Ona görə də hesab edirəm ki, bu sahə hələ dərindən öyrənilməlidir və elektron ticarətin, virtual aləmin mahiyyətinə uyğun şəkildə vergi sistemi formalaşdırılmalıdır".
Səbuhi TURAN

Vergilər bölümünün son xəbərləri |