Xaricdən gələn minik avtomobilləri üçün yol vergisi

2019-11-07 | Vergilər | 2758

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Yol vergisinin vergitutma obyektləri isə aşağıdakılardır:

  • Azərbaycan Respublikası ərazisinə daxil olan və tərk edən zaman yol vergisinə cəlb edilməli olan xarici dövlətlərin avtonəqliyyat vasitələri;
  • Azərbaycan Respublikası ərazisində istehsal edilib daxili istehlaka yönəldilən (topdan satılan) benzini, dizel yanacağı və maye qaz;
  • Azərbaycan Respublikası ərazisinə idxal edilən benzin, dizel yanacağı və maye qaz.

Yol vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert Ramin Ramazanov bildirib ki, minik avtomobilləri üçün yol vergisinin hesablanma dərəcələrləri onların mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır. Məsələn, tutaq ki, Ukrayna vətəndaşı özünə məxsus mühərrikin həcmi 1.800 kubsantimetrədək olan minik avtomobili ilə sentyabr ayının 15-də Azərbaycana gəlib və həmin ayın 25-də Azərbaycanı tərk edib.

Maşın ölkə ərazisində bir ayadək qaldığı üçün və mühərrik həcmi 2.000 kubsantimetrədək olduğundan onun ödəyəcəyi vergi məbləği 15 ABŞ dolları təşkil edib. Həmin şəxs Azərbaycanın gömrük sərhədini keçərkən gömrük orqanları tərəfindən ondan 15 ABŞ dolları məbləğində yol vergisi tutulur. Əgər mühərrikin həcmi 4.800 kubsantimetr olsaydı, o halda vergi məbləği 40 ABŞ dolları olacaqdı.

Qeyd edək ki, xaricdən gələn minik avtomobilləri üçün yol vergisinin hesablanması Vergi Məcəlləsinin 211.1.1.1-ci maddəsi ilə tənzimlənir. Məcəllədə müddətlər və mühərrikin həcmi dəqiq qeyd edilib:

Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2.000 kubsantimetrədək olduqda Mühərrikin həcmi 2.000 kubsantimetrdən 4.000 kubsantimetrədək olduqda Mühərrikin həcmi 4.000 kubsantimetrdən çox olduqda
1 aya qədər 15 dollar 20 dollar 40 dollar
3 aya qədər 30 dollar 40 dollar 60 dollar
1 ilə qədər 40 dollar 80 dollar 20 dollar
1 ildən yuxarı 40 dollar + 1 ildən artıq qalan hər gün üçün 0,5 dollar 80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 dollar 120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 dollar

R.Ramazanovun sözlərinə görə, Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün ölkə ərazisini tərk edən zaman burada artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği yuxarıda qeyd edilənlərə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilən yol vergisinin məbləği çıxılmaqla hesablanacaq.

Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən, kvotalar çərçivəsində mübadilə edilən "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq yol vergisinə cəlb edilirlər.

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkə ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5327.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!