Deputatdan etiraz: Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq?
2019-11-15 | İqtisadiyyat | 2246“Vergi sistemində çox ciddi islahatlar həyata keçirilib və bu, öz bəhrəsini verməkdədir. Vergi Məcəlləsinə əqdlərlə bağlı dəyişikliyi müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, hər zaman mübahisə obyekti olub. Doğurdan da yalan əqdlər bağlamaqla, heç bir əmtəə, mal, xidmət olmadan kağız vasitəsilə müəyyən vəsaiti silmək, əlavə dəyər vergisini gizlətmək adi hallara çevrilib. Bunun qarşısını almaq üçün Vergilər Nazirliyinin təqdim etdiyi məsələ çox vacibdir və qəbul olunmalıdır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov bildirib. O bildirib ki, dövlət büdcəsinin təxminən 4 milyard manatdan çox vəsaiti ƏDV-dən daxil olur: “ƏDV-də inzibatçılığın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələ də Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb”.
Deputat sənaye parklarının 7 il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz edib: “Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq? Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. SOCAR Sumqayıtda müəyyən sənaye parkları yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin texnoparklar normal işləsin”.
Mənbə: http://marja.az/news/49918

İqtisadiyyat bölümünün son xəbərləri |