ƏDV tutulan əməliyyatın vaxtı necə hesablanacaq?

2019-12-06 | Vergilər | 3356

Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı kassa metoduna keçirilir. 1 yanvar 2020-ci il tətbiq olunacaq yeni metoda əsasən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. Məcəlləyə dəyişikliyi iqtisadçı ekspert Anar Bayramov misallarla izah edir:

Misal 1.

ƏDV ödəyicisi olan "A" MMC 15 yanvar 2020-ci il tarixdə 3.000 manatlıq malları qarşı tərəfə təqdim edib. Malların dəyəri tam olaraq 28 yanvar 2020-ci il tarixdə daxil olduğu üçün "A" MMC yanvar ayının bəyannaməsində 540 (3.000 x 18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 2.

ƏDV ödəyicisi olan "A" MMC 16 yanvar 2020-ci il tarixdə 4.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların tam dəyərini 06 fevral 2020-ci il tarixdə ödədiyi üçün "A" MMC yanvar yox ödənişin daxil olduğu fevral ayının bəyannaməsində 720 (4.000 x 18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 3.

ƏDV ödəyicisi olan hüquqi şəxs 17 yanvar 2020-ci il tarixdə 5.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların dəyərini iki ödəniş tarixində həyata keçirib: 3.000 və 2.000 manatlıq ödənişlər 24 yanvar və 7 fevral 2020-ci il tarixlərində daxil olub. Vergi Məcəlləsinə dəyişikliyə əsasən, vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Bu səbəbdən də vergi ödəyicisi 540 (3.000 manat x 18%) və 360 (2.000 manat x 18%) manatlıq ƏDV məbləğini müvafiq olaraq yanvar və fevral aylarının bəyannamələrində bəyan edəcək.

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev 100 manatlıq malın dəyərinin 99 manatı ödənildiyi halda ƏDV-yə cəlb olunan əməliyyat məsələsinə aydınlıq gətirib: "Vergi Məcəlləsinə dəyişikliklərdə qeyd edilir ki, vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Tutaq ki, 100 manatlıq malın dəyərinə uyğun 99 manat ödənilərsə, artıq hər ödənişə mütənasib ƏDV hesablanaraq dövlət büdcəsinə bəyan edilməlidir. Yəni ödəmənin tam məbləğdə olması mütləq tələb kimi qoyulmayıb. Cari Vergi Məcəlləsində ƏDV əməliyyatları üçün tam ödəmə 30 gün müddətində nəzərə alınır. 30 gün ərzində ödənişin hissə-hissə ödənilməsinə baxmayaraq, tam olaraq həyata keçirilərsə, o zaman son ödəniş dövrü 30 gün ərzində ƏDV-nin bəyan edilməsi dövrü hesab edilir".

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5995.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!