Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaza görə aksiz dərəcəsinin tətbiqi təklif olunur

2014-12-31 | Vergilər | 2523

Azərbaycanda yol vergisinin hesablanması və ödənilməsinə yeni nəzarət mexanizmi hazırlanıb.

"APA-Economics"in məlumatına görə, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklikləri özündə əks etdirən müddəalar layihəyə daxil edilib.

"Məlum olduğu kimi, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxslərə aid olan mexaniki nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan 4 il keçdikdən sonra iki ildə bir dəfə, 10 il keçdikdən sonra isə hər il texniki baxışdan keçirilməlidir. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələri texniki baxışdan keçirilməyən illərə görə yol vergisinin dövlət büdcəsinə ödənilməsi mexanizmi olmadığı üçün bu verginin dövlət büdcəsinə köçürülməsi tam təmin edilmir. Layihəyə əsasən Azərbaycan Respublikası ərazisinə daxil olan və Azərbaycan Respublikası ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinin, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və Azərbaycana idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın yol vergisinin vergitutma obyekti hesab olunması təklif edilir", - deyə N. Əmirov bildirib.

Nazir müavini bildirib ki, layihədə yol vergisinin Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinin topdan satış qiymətinə və idxal olunan həmin malların gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulub. "Bu verginin düzgün hesablanmasının və vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcək", - deyə nazir müavini əlavə edib.

Mənbə: http://az.apa.az/news/367650

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!