Fermer təsərrüfatı yaratmağın yolları
2019-12-17 | Vergilər | 3161Vergi uçotuna alınmaq üçün "Fiziki şəxsin uçotu haqqında ərizə" ilə yanaşı, vergi ödəyicilərinə xidmət mərkəzinə şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.
Vergilər Nazirliyinin şərhində bildirilir ki, vergi uçotuna vergi orqanına gəlmədən elektron qaydada da alınmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.
Qeyd olunanlara əsasən, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyiciləri kimi ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Vergilər bölümünün son xəbərləri |