Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəlikləri

2019-12-21 | Vergilər | 3912

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda bina tikintisi fəaliyyətinin vegiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsində bəzi dəyişikliklər edilib.

Dəyişikliklərdə 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir.

Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyiciləri isə həmin işlər üzrə vergitutma metodunu 2020-ci il 1 yanvar tarixinədək seçmək imkanına malikdirlər. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda, tikilən binalar üzrə yaranmış vergi öhdəlikləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaqdır.

Bu səbəbdən, bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabr ayında tikinti-quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və ya ƏDV və mənfəət vergisi) 2020-ci il 1 yanvar tarixinədək məlumat verilməsi əsas şərt kimi müəyyən edilir.

Mənbə: https://vergiler.az/news/taxes/6255.html

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!