Fikrət Yusifov: "Aksiz vergilərinin artırılması heç də bütün avtomobillərin qiymətlərində ciddi dəyişikliyə səbəb olmayacaq"

2015-01-06 | Vergilər | 3323

"Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində, Azərbaycana xaricdən gətirilən avtomobillərə və bəzi zinət əşyalarına görə ödənilən aksiz vergisi yanvarın 1-dən etibarən artırılıb. Lakin bu, orta həyat səviyyəsində yaşayan vətəndaşlarımız üçün narahatlıq yarada bilməz".

"APA-Economics"in məlumatına görə, bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov aksiz vergisinin artırılması ilə əlaqədar avtomobillərin qiymətində kəskin artım müşahidə olunacağı ilə bağlı ortaya çıxmış proqnozlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aksiz vergilərinin artırılması heç də bütün avtomobillərin qiymətlərində ciddi dəyişikliyə səbəb olmayacaqdır: "Burada söhbət dəyəri yüksək olan avtomobillərdən proqressiv şkala əsasında daha böyük həcmdə aksiz vergisinin tutulmasından gedir. Dünya praktikasında sınaqdan keçmiş üsullardan istifadə etməklə "yüksək qazancı olan insanlardan dəbdəbəli mallar üçün yüksək vergilərin tutulması" prinsipi tətbiq olunacaq. Dəbdəbəli mallardan və zinət əşyalarından yeni qaydada vergi tutulması, eyni zamanda cəmiyyətdə sosial ədalətin bərpası istiqamətində atılan addım kimi də dəyərləndirilməlidir".

Təşkilat sədri qeyd edib ki, mühərrikinin həcmi 2000 kubsantimetr olan avtomobillərin qiymətində 100 manat artım qeydə alınacaq ki, bu da dəyəri 20000 manat olan avtomobilin qiymətinin 0,5% bahalaşması deməkdir: "Məncə iyirmi min manat dəyərində avtomobil almaq imkanı olan bir insanın 100 manat əlavə ödəniş etməsini fəlakətə çevirmək lazım deyil. Ciddi artım daha bahalı avtomobillərin qiymətində olacaq. Məsələn, dəyəri 100 min manatdan artıq olan avtomobillər üçün ödəniləcək aksiz vergisinin həcmi mühərrikin həcmindən asılı olaraq 7-8 min manat artaraq bütövlükdə 20 min manatdan çox ola bilər. Dövlət dəbdəbəli mallara və bahalı avtomobillərə yüksək aksiz vergiləri tətbiq etməklə zəngin vətəndaşların gəlirlərinin bir qismini büdcə vasitəsilə aztəminatlı vətəndaşlarımızın xeyrinə yenidən bölüşdürür. Heç kimə sirr deyil ki, büdcəyə toplanan vergilər eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı proqramların maliyyələşdirilməsinə yönəldilir".

F. Yusifov hesab edir ki, hökumət bahalı avtomobillərə yüksək aksiz vergiləri tətbiq etməklə, eyni zamanda, çox yanacaq yandıran və bununla da ekologiyaya ciddi ziyan vuran irihəcmli mühərrikə malik avtomobillərin tədricən az yanacaq sərf edən kiçik ölçülü avtomobillərlə əvəzlənməsini də nəzərdə tutur: "Bu isə olduqca zəruri məsələdir".

Mənbə: http://az.apa.az/news/368142

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!