Azərbaycan vətəndaşlarına ödədikləri ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır

2019-12-29 | İqtisadiyyat | 2847

Gələn ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılacaq.

Bunu “Report”a Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi Ülvi Mansurov bildirib.

Bununla belə, onun sözlərinə görə, hələ ki, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib: “İlk öncə qaydalar təsdiq edilməlidir”.

Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır: "Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq”.

Mənbə: https://report.az/biznes/edv-nin-bir-hissesinin-geri-qaytarilmasina-baslanilir/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!