Vergilər Nazirliyi ilə bankirlər arasında razılıq əldə edildi
2015-01-12 | Vergilər | 2477Yanvarın 9-da Vergilər Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirilib. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Məlumata görə, iclasda vergilər nazirinin birinci müavini Natiq Əmirov banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin başa çatması və Milli Məclis tərəfindən qəbul edilmiş "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunla əlaqədar bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər barədə toplantı iştirakçılarına məlumat verib.
YENİ GÜZƏŞT 1 YANVARDAN SONRA HESABLANMIŞ FAİZLƏRƏ TƏTBİQ EDİLƏCƏK
Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələrin nəticəsi olaraq bildirilib ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərinin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcəkdir. Yəni əvvəlki illərdə əmanətlərə görə yığılmış faizlər vergiyə cəlb edilməyəcək.
N.Əmirov bunun balanslaşdırılmış bir qərar olduğunu bildirərək, bununla da, bank ictimaiyyətinin üzləşdiyi mühüm bir narahatlığın aradan qaldırıldığını qeyd edib.
Toplantıda iştirak edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bank ictimaiyyətinin mövqeyinin nəzərə alınmasını müsbət dəyərləndirərək, bu qərarın ədalətli olduğunu qeyd edib.
R. Orucov qəbul edilmiş qərarlar və əmanətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar məsələlərlə bağlı müştərilərin məlumatlandırılmasının zəruriliyini bank nümayəndələrinin nəzərinə çatdırıb.
Toplantıda bank əmanətlərinin vergiyə cəlb edilməsində yaranan müxtəlif məsələlərlə bağlı bankların səlahiyyətli nümayəndələrinin çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, əmanətlərin vergidən azad olunması haqqında güzəştin dekabrın 31-də bitməsi, 500 manata qədər illik faiz gəlirinin vergidən azad edilməsi haqqında dəyişikliyin isə qüvvəyə minməməsi ilə əlaqədar olaraq banklar əmanətlərin faizlərindən 10% vergi tuturdular.

Vergilər bölümünün son xəbərləri |