Yeni nəsil kassa aparatlarının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdiriləcək

2020-01-08 | Vergilər | 3942

Bu ildən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub. Bu məqam Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda əksini tapıb.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə prezidentinin fərmanına əsasən, Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır.

Bu dəyişikliklə bağlı Vergilər Nazirliyinin şərhinə əsasən, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiq edilib. Həmin qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının qrafikdə müəyyən edilən müddətədək istifadə edilməsi, qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının yeni nəsil nəzarət-kassa aparatları ilə əvəz edilməsi nəzərdə tutulub.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılan, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.

Məsələn: Fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir. Marketində istismarda olan 1 ədəd nəzarət kassa-aparatını 10 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan yeni nəsil nəzarət kassa-aparatları ilə əvəz edir və köhnə nəzarət kassa-aparatını qeydiyyatdan çıxarır. Bu halda, 10 yanvar 2020-ci il tarixdə quraşdırılmış yeni nəzarət-kassa aparatı köhnə nəzarət kassa-aparatını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan həmin nəzarət-kassa aparatının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Beləliklə, Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri 1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Mənbə: https://vergiler.az/news/taxes/6498.html

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!