ƏDV ödəyiciləri üçün faydalı yeniliklər

0202-01-16 | Vergilər | 443

Vergi Məcəlləsinin 166-cı maddəsində edilmiş dəyişiklikləri sərbəst auditor Altay Cəfərov şərh edib

Bu dəyişikliklərdə vergi ödəyiciləri üçün ən maraqlı məsələ keçid əməliyyatları, yəni əvvəlki illərdə olmuş, yarımçıq qalmış əməliyyatların 2020-ci ilə keçməsi və həmin əməliyyatlara görə ƏDV-nin tutulması, ƏDV-yə cəlb olunması vaxtının müəyyənləşdirilməsi ilə bağlıdır. İlkin olaraq 166-cı maddənin xüsusi tələblərinin nə olduğu barədə:

  • Sadə formada desək, ƏDV-yə cəlb olunan əməliyyatların vaxtı kassa metodu ilə, həmçinin avans daxilolmaları ilə nəzərə alınacaq;
  • 5 gün müddəti ilə bağlı müddəa yoxdur;
  • 30 gün ödəmə müddəti ilə bağlı aradan qaldırılıb;
  • malların, işlərin təqdim edilmə vaxtı kimi elektron qaimə-fakturanın təqdim edilməsi tarixi sayılır ;
  • barter əməliyyatlarına, borc münasibətləri əvəzində malların, işlərin və xidmətlərin təqdim edilməsinə xüsusi yanaşılmalıdır;
  • əvəzsiz təqdim edilmə üzrə əməliyyatların ƏDV-yə cəlb edilib-edilməməsi məsələsi üzrə əvvəldən qalmış mübahisəli məqamlar aradan qaldırılıb;
  • əsas məbləğin ödənilməməsi, amma ƏDV-nin ödənilməsi və ya əksinə, olan əməliyyatların ƏDV-yə cəlb olunması uyğunsuzluqları aradan qaldırılıb.
Misal 1:

Tutaq ki, "AA" MMC ticarət fəaliyyəti ilə məşğuldur. 20 dekabr 2019-cu ildə 11.800 manatlıq mal satıb və bu tarixdə elektron qaimə-faktura, elektron vergi hesab-fakturası göndərib. Ödəmə 7 yanvar 2020-ci ildə həyata keçirilib.

Burada 11.800 manatlıq (ƏDV-siz 10.000 manat) vergiyə cəlb olunan əməliyyat 2020-ci ilin yanvar ayında nəzərə alınmalıdır. Belə ki, malların faktiki təhvil verilmə vaxtı 2019-cu ilin dekabrında olub və bu zaman 30 gün şərtini gözləməliyik. Həm 2019-cu ildə qüvvədə olan qaydalara (30 gün məsələsi), həm də 2020-ci ildəki qaydalara görə ödəmə aparılan vaxt vergiyə cəlb olunan tarix sayıldığından 7 yanvar 2020-ci il ödəmə tarixi 30 gündən az olduğundan 2020-ci ilin yanvarına aid ƏDV bəyannaməsində əks olunmalıdır.

Misal 2:

Yenə də "AA" MMC 30 dekabr 2019-cu ildə 5.900 manat avans alıb və malları 4 yanvar 2020-ci ildə təqdim edib, elektron qaimə-fakturanı qarşı tərəfə yanvar 2020-ci ildə göndərib.

Bu halda 5.900 (ƏDV-siz 5.000 manat) vergiyə cəlb olunan əməliyyat kimi dekabr 2019-cu ildə əks olunmalıdır.

Misal 3:

"AA" MMC 20 dekabr 2019-cu ildə 23.600 manatlıq malları satıb və bu tarixdə e-qaimə, e-VHF göndərib. Ödəmə 24 yanvar 2020-ci ildə həyata keçirilib.

Bu halda 23.600 manat (ƏDV-siz 20.000 manat) dövriyyə kimi 2019-cu ilin dekabr ayına aid bəyannamədə yazılmalıdır. Belə ki, əməliyyat dekabrda həyata keçirildiyindən e-qaimə, e-VHF verildiyindən 30 gün şərti aktuallaşır. Ödəmə də 30 gündən sonra daxil olduğundan vergi tutulan vaxt 20 dekabr 2019-cu il olacaq və 2019-cu ilin dekabr ayına aid ƏDV bəyannaməsində göstərilməlidir. Yeni dəyişikliyə görə ödəmə tarixi vergi tutulan tarix sayılmalıdır. Ödəmə vaxtı (kassa metodu) ilə bağlı bu tələb 2020-ci ildə təqdim edilən mallara görə tətbiq olunacaq. 2019-cu ildə təqdim edilən mallara görə isə əvvəlki qaydaları tətbiq etmək lazımdır.

Misal 4:

"AA" MMC 20 dekabr 2019-cu ildə 17.700 manatlıq mal satıb və bu tarixdə malların təhvil-təslim aktı verilib. Ödəniş 24 yanvar 2020-ci ildə həyata keçirilib, elektron qaimə-faktira isə 30 yanvar 2020-ci ildə göndərib.

Belə hallarda 17.700 manat (ƏDV-siz 15.000 manat) dövriyyə kimi 2019-cu ilin dekabr bəyannaməsində yazılmalıdır. Belə ki, əməliyyat bu ilin dekabrında həyata keçirilib, e-qaimə, e-VHF verilib. Ancaq faktiki malların təqdim edilməsi sənədi və tarixi olduğundan 30 gün şərti aktuallaşır. Ödəmə də 30 gündən sonra daxil olduğundan vergi tutulan vaxt 20 dekabr 2019-cu il olacaq və bu, 2019-cu ilin bəyannaməsində göstərilməlidir. Yəni 5 gün müddətində e-VHF verilmirsə və 30 gün müddətində ödəmə aparılmırsa, vergitutulma vaxtı malların təhvil-təslim aktında olan tarix sayılır. Odur ki, bu, dekabr ayına aid bəyannamədə yazılmalıdır.

Vergi ödəyicilərində belə əməliyyatlara, hətta başqa keçid dövrünə aid olan qarışıq əməliyyatlara rast gəlindiyini üçün bu məsələlərdə diqqətli olmaq tövsiyə edilir.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6637.html

Vergilər bölümünün son xəbərləri

2020-02-27 | İşçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması
2020-02-25 | İcarə münasibətlərinin tənzimlənməsi
2020-02-25 | Uçotda olmayan fiziki şəxslərdən malların alışı zamanı sənədləşmə prosedurları
2020-02-24 | Elektron qaimə-fakturalarda nələr dəyişib?
2020-02-24 | Müəssisə bu meyarlara uyğun gəldi, yoxlama qapıda olacaq
2020-02-24 | Mağaza sahibi həbs edildi – VERGİLƏRDƏN AÇIQLAMA
2020-02-23 | Onlayn alış-verişdə ƏDV hesablanması
2020-02-23 | Mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar
0202-02-22 | Riskli vergi ödəyicisi siyahısına düşməmək üçün öhdəliklər vaxtında və düzgün yerinə yetirilməlidir
2020-02-19 | Malların alış aktının təqdim edilməsi

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!